ABŞ konqresmenləri COVID-19-un mənşəyini araşdırırlar
ABŞ konqresmenləri COVID-19-un mənşəyini araşdırırlar
Hazırda Çin laboratoriyasından virus sızması fərziyyəsi araşdırılır.
“Associated Press”-in verdiyi məlumata görə, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası, Bayden administrasiyasının rəsmilərindən məlumat almaq üçün koronavirusun mənşəyi ilə bağlı araşdırmaya başlayıb.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Koronavirus Pandemiyası Üzrə Komitəsi bir neçə şəxsdən, o cümlədən prezident Co Baydenin keçmiş baş tibbi müşaviri Entoni Fauçidən məlumat istəyib. Hazırda Çin laboratoriyasından COVİD-19 virusunun sızması fərziyyəsi araşdırılır.
"Araşdırma bu virusun harada və necə yarandığı ilə başlamalıdır ki, biz onun yenidən baş verməsini proqnozlaşdırmağa, hazırlamağa və ya qarşısını almağa çalışaq" – deyə, virus komitəsinə sədrlik edən Respublikaçı Bred Uenstrup, AP-ə verdiyi açıqlamasında vurğulayıb.
2021-ci ilin martında Çinin Uhan vilayətində beynəlxalq missiyanın ardınca dərc edilən ÜST-Çin birgə hesabatında qeyd olunur ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenari xəstəliyin yarasalardan başqa bir heyvana ötürülməsi və sonradan insanlara yoluxmasıdır. Bununla belə, ekspertlər virusun Uhandakı Huanan dəniz məhsulları bazarında necə ortaya çıxdığına dair nəticəyə gəlməyiblər. Halbuki onun laboratoriya mənşəyi ilə bağlı fərziyyələri var idi.
Tərcümə etdi: Səadət Sultan