Deputat Cavanşir Feyziyev həm dövlət büdcəsini, həm də xalqı talayır

Deputat Cavanşir Feyziyev həm dövlət büdcəsini, həm də xalqı talayır
 

Azərbaycanda əczaçılıq sahəsində durumun ağır olması barədə ölkənin müstəqil mətbuatı daim həyacan təbili çalsa da, dövlət orqanları peşəkar saxta dərman tacirlərinin ölkə əhalisinə fəlakət gətirən əməlinin qarşısını ala bilmir.              Çünki bu cinayətkar şəbəkələr dövlət orqanlarını da zərərsizləşdirməyin yolunu tapıblar.

Ölkənin əczaçılıq sahəsində böyük apteklər şəbəkəsinə malik olan və çirkin fəaliyyət göstərən, xarici ölkələrin dərman fabriklərində saxta, keyfiyyətsiz dərman hazırladıb, ölkə əhalisini talayan, dərmanların qiymətini dəfələrlə qaldıran, hətta qardaş Türkiyədə qiyməti 3 manat plan dərmanı Azərbaycanda 39 manata satan, bir şirkət kimi Səhiyyə Nazirliyindən qeydiyatdan keçib lisenziya alan, lakin ölkədə minlərlə aptek şəbəkəsi açan "Avromed Company” QSC həm dövlətin büdcəsini, həm insanları talayır, həm insanları saxta dərmanlarla məhv edir, öldürür, həm də sahibi deputat Cavanşir Feyziyevin ailəsinə milyonlarla sərvət qazandırır.

Əvvəldə qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.

Paralel.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 45 855 968.2 AZN olan müqavilədə “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Avrpmed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərovun haqqında açıq mənbələrdə yer alan məlumatlarda onun “Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində çalışdığı qeyd edilir. O, ötən ilin fevralında “Avromed Company”nin baş direktoru vəzifəsinə təyin olunub.

“Avromed Company” QSC-nin sahibinə gəlincə, mediada gedən məlumatlarda şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. Deputatla bağlı bioqrafik məlumatlarda da onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilir.

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda onun özünü 2013-cü ildə viza müraciəti zamanı “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.

Lakin yerli media bu açıqlamanı həqiqətə uyğun saymır. Hər halda Feyziyevin Britaniya məhkəməsində verdiyi ifadələrdə ziddiyyətlərin olması onun hələ də “Avromed”ə nəzarət etməsinə şübhələr yaradır.

Bundan əlavə, “Avromed Company” QSC Azərbaycanda saxta və baha qiymətə dərman ticarəti ilə məşğul olan şirkətlər arasında ön sırada yer alması barədə mətbuatda yazılar dərc olunur. Ölkə əhalisi bu şirkətə məxsus olan apteklərin satdığı dərmanların keyfiyyətsizliyi və bahalığından şikayət edir.

Məsələn, qardaş ölkə Türkiyə apteklərində 40 manata satılan "GalvusMed" şəkər dərmanının bir qutusu “Avromed Company” QSC-yə məxsus apteklərdə 75 manata satılır. Yəni içərisində 60 tablet olan dərman qutusu 35 manat baha qiymətə satılır, yaxud qiyməti Türkiyədə 10 manata satılan "Lustral" adlı dərman “Avromed Company” QSC-yə məxsus apteklərdə 24 manata satılır.

Qeyd edək ki, Cavanşir Feyziyevin ailəsinə məxsus olduğu zərrəcə şübhə doğurmayan “Avromed Company” QSC-yə məxsus apteklərdə satılan Türkiyə istehsalı olan dərmanlar adətən tərkibi normal olsa da, bir neçə dəfə baha qiymətə satılır, Polşa, Çexliya, Monteneqro, Serbiya, Bolqarıstan, Rusiya və digər dövlətlərdə istehsal olunmuş dərmanlar isə həm keyfiyyətsizdir (dərmanların təsiri yoxdur), həm də bahadır.

Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bütün dərman depolarının, o cümlədən “Avromed Company” QSC-yə məxsus depoya xaricdən gələn dərmanların az bir hissəsinin Gömrük qeydiyyatından keçirildiyi barədə mətbuatda kifayət qədər məlumatlar var.
Deməli, daxil olan xəbərlərə görə, Səfər Mehdiyevin başçılıq etdiyi rüşvətxor və korrupsioner komanda Gömrük Komitəsindən uzaqlaşsa da, həmin komandanın cinayətkar əməlləri öz axarı ilə davam edir.

Şahnaz

 

 

0.081665992736816