Almaniya, Nederland və Belçikadan ibrətamiz addım

Almaniya, Nederland və Belçikadan ibrətamiz addım
 
 
Fikrət Hüseynli:
Mən hər addımda Türkiyəyə qarşı mifik Qərb düşmənçiliyi haqqında yazanları anlamıram. Bu adamlar ya həqiqətən Türkiyənin düşmənləridirlər, ya da Qərbə takıntıları var. Çünki adam rəğbət bəslədiyi ölkənin dostunun çox olmasını, hətta düşmənlərinin dosta çevrilməsinə çalışar
İnternetin bu qədər əl çatan olan dünyada hər kəsin yazdığı da dövlətlər və millətlər arası münasibətə təsir göstərə bilər. Və indi Qərbi Türkiyəyə düşmən çıxaranların menyusuna:
Almaniya zəlzələ qurbanı olmuş Türkiyə vətəndaşlarına Almaniyadakı ailə üzvlərinin yanına gəlməyə imkan tanıdı. Evsiz qalmış şəxslərin qardaşı, bacısı, övladı Almaniyada yaşayırsa, o şəxslərə 3 aylıq viza veriləcək. Almaniyada qaldıqları müddətdə xərcləri dövlət tərəfindən qarşılanacaq.Nederland ölkədə çalışan və zəlzələ nəticəsində evi yaşanmaz hala düşən Türkiyə vətəndaşlarının uzun müddət ölkədə qalmasına qərar verdi.
Eyni addımı Belçika da atdı. Zəlzələdə zərər çəkib evsiz qalmış şəxslərin övladı, qardaşı, bacısı Belçikada varsa, onlar da yaxınlarının yanına gələ bilərlər.
Məlumat rəsmidir. Nederland dövlət mediası yayıb.
Buyurun Avropa düşmənləri, indi nədən yazacaqsınız? İstəyirsiniz mən tema verim: Avropa atom bombasıyla zəlzələ etdi ki, Türkiyəni boşaltsın, o torpaqlardakı yeraltı sərvətləri ələ keçirsin)
Paralel.az
0.024399042129517