Tərtərdə yol qəzası olub

Tərtərdə yol qəzası olub
 


1987-ci il təvəllüdlü Salmanov Eltac Qurbanəli oğlu idarə etdiyi “KİA-SORENTO” markalı avtomobillə Talış kəndi istiqamətində hərəkət edərkən idarə etməni itirib və avtomobili yolun sağ kənarına çəkmək istəyərkən aşırıb.

"Paralel.az" xəbər verir ki, aşma nəticəsində özü və avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Quliyev Rəşad Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

0.012064933776855