ZƏLZƏLƏ deyir ki...

ZƏLZƏLƏ deyir ki...
 

Siracəddin Hacı:
- Fövqəladə Hallar Nazirliyinin təyinatına - hədəfinə və fəlakətin idarə olunması anlayışınıza yenidən baxın;
- Bu nazirliyin əsas vəzifəsi zəlzələdən, seldən, yanğından ... sonra nəticələri aradan qaldırmaq deyil;
- Zəlzələyə, selə davamlı binaların tikilməsinə, yanğınların baş verməməsinə nəzarət sistemi qurmaqdır – öncədən tədbirli olmaqdır;
- Önləyici tədbirlər zamanı sərf ediləcək xərclər bu tədbirlərin olmayacağı halda ortaya çıxacaq nəticələrin aradan qaldırılması üçün xərclənəcək sərvətdən təqribən yüz dəfə azdır;
- Önləyici tədbirlər hazırlasanız, insan itkisinin sayını, maddi, mənəvi zərərləri ən aza endirəcəksiniz;
- İlk addım olaraq gecikmədən Azərbaycandakı bütün binaları zəlzələyə davamlılıq indeksinə görə pasportlaşdırın;
- Yararsız binaları sökün, zəif binaları gücləndirin, gücləndirmək binanı uçurub yenidən tikməkdən daha az vaxt, daha az xərc tələb edir;
- Unutmayın ki, Azərbaycan da seysmik zonadır, hər insan Allahın əmanətidir, əmanəti qorumaq məsuliyyəti də sizə aiddir;

Paralel.az

0.028467178344727