Musiqili Teatrda tamaşalar təxirə salındı
"Paralel.az" xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında musiqili və əyləncəli tamaşalar təxirə salınıb. Bu barədə tamaşaçılara çağırış edilib.
Çağırışda deyilir :
Qardaş Türkiyədə baş vermiş faciə ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında musiqili və əyləncəli tamaşaların təxirə düşməsini anlayışla qarşıladığınız üçün təşəkkür edirik.
Təxirə salınmış tamaşaların vaxtı (10 - 12 fevral tarixlərini əhatə edən) aşağıdakı ardıcıllıqla dəyişdirilib:
3 mart saat 19:00 “O olmasın, bu olsun” (Ü.Hacıbəyli)
4 mart saat 19:00 “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi)
5 mart saat 19:00 “Məchul pilləkən” (M.Abdullayev)
11 mart saat 12:00 “Sehirli nəğmə” (D.Hacıyeva, P.Korotıç, tərc: A.İsmixanova)
12 mart saat 12:00 “Sehirli nəğmə” (D.Hacıyeva, P.Korotıç, tərc: A.İsmixanova)
18 mart saat 17:00 “Utancaq qız” (Fyodr Dostayevski)