"Bütün Zəngəzur Azərbaycana məxsus olacaq" - Erməni deputat
“Bu yaxında Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Bu barədə üçtərəfli bəyanatda qeyd edilib. İndi hamı bilir ki, Azərbaycan-Zəngəzur parlamenti yaradılıb”.
Paralel.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan bildirib.
Deputat daha sonra deyib:
“Onlar hər dəfə deyirlər ki, Zəngəzur gec-tez Azərbaycana birləşəcək. Təəccüblənməyin, belə də olacaq. Çünki Azərbaycan qarşısında qoyduğu bütün məsələləri həll edir. Azərbaycanın strateji planlarına nəzər salsaq, görərik ki, bu ölkənin silahlı qüvvələri Türkiyə kimi qüdrətli ordu səviyyəsinə çatacaq. Bütün bunlar deməyə əsas verir ki, biz çox ağır vəziyyətdəyik”, – deyə erməni deputat bildirib.
Naira Zöhrabyan bildirib ki, kapitulyasiyadan sonra Ermənistanın durumu bugünki qədər çətin olmayıb:
“Gedin Avropa ölkələrinin, eləcə də ABŞ-ın İrəvandakı səfirliklərinin qarşısına baxın. Sanki armagedondur, yəni dünyanın axırıdır. “Yaşıl kart” alıb tərk etmək istəyənlərin sayı hər gün artır. Görün siz Ermənistanı hansı vəziyyətə gətirib çıxardınız”, – deyə Naira Zöhrabyan əlavə edib.
Şahnaz