“Şirvanın icra başçısının qardaşı "Azərsu"da: İmran Abbasov qaz vurub, qazan doldurur...

“Şirvanın icra başçısının qardaşı
 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı.

Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi.

Elman Məmmədov ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında və mənimsənilməsində əsas fiqurlardan biri olub.

“Azərsu”nun keçmiş rəhbərliyinin üstə-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var… “Azərsu”da həbslərin start götürməsi gözlənilən idi.

İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi.

Təəssüf ki, Qorxmaz Hüseynovdan sonra köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, belə şəxslərdən biri “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. Məlumat üçün bildirək ki, İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğma qardaşıdır.

Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra bu vəzifəyə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsindən tutmuş pivə istehsalına qədər payı var. Ancaq yazımızın mövzusu bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şəraitdir.

Məlumat üçün bildirək ki, “Azərsu” ASC–nin regionlarında yerləşən su anbarları mütəmadi olaraq xlor və digər kimyəvi maddələrlə (reagent) təchiz olunur. İmran Abbasov regionlara ezamiyyətə gedən mühəndislərə həmin regionlardakı boş xlor və reagent qablarını gətirməyi tapşırır.

Qurumu həmin kimyəvi maddələrlə təchiz edən “Fuad kimya” şirkətinin rəhbərliyi ilə İmran Abbasov arasında narazılıq yaranıb. Şirkət qablarını tələb edir, İmran Abbasov isə qabların itdiyini bildirir. Əslində vəziyyət necədir?

Cumhuriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, həmin qabları İmran müəllim Xırdalanda yerləşən həyət evinə yığaraq, özünün əlaltıları vasitəsilə 70-80 manata satdırır. Bu qabların ən çox alıcıları Keşlə bazarında balıq satatanlardır.

Məlumatda qeyd olunur ki, İmran Abbasov idarəsində çalışan fəhlələri aparıb öz bağ evində yer qazdırır, tikintidə işlədir, ağac budatdırır. Anbara mallar taxta paletlərdə daxil olur. Həmin paletləri İmran Abbasov sökdürüb anbara yığdırır.  Sonra isə evinə apartdırır.  Fəhlələr narazılıq edəndə, onlara deyir ki, sizin üçün nə fərqi var, ya mənim idarəmdə işlədiniz, yada ki, bağ evimdə. Narazı olan fəhlələrə hədə-qorxu gəlir ki, sizi işdən çıxardacam.

Narazı olan 2-3 fəhlə ərizələrini yazıb işdən çıxıb. İdarəyə yeni qəbul olan işçilərə işə qəbul ərizəsi yazdıranda məcburi şəkildə tarixsiz imzalı işdən çıxma ərizəsi də yazdırır. Bu şəxs tək idarə işçiləri arasında deyil, hətta sürücülər arasında da ayrıseçkilik yaradır. Mal daşımaq üçün gələn maşınları öz şəxsi məqsədləri üçün işlədir. Başa düşmək olmur ki, İmran Abbasovun işlədiyi dövlət müəssisəsidir ya İmran MMC.

Bir sıra şirkətlər , “Hidsab”, “Araz motors”, “Şurataz”, “Universal”, "Polimart”, “Fuad Kimya" və digər şirkətlərin nümayəndələri hər ayın sonuna yaxın idarəyə gələrək, ona xüsusi konvert verirlər. Bu konvertlər ona təqdim olunmasa, o şirkətlərin gətirdikləri mallar hərəsi bir bəhanə ilə anbara qəbul olunmur. 

Bu barədə cumhuriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, konvertin alınma qaydası da çox maraqlıdır: "Azərsu"da mühüm vəzifələrdə çalışan bir neçə nəfər idarəyə mal gəldiyi zaman gedib malın keyfiyyətinə qərar verir ki, təyinata uyğun gəlmir, min bir bəhanə gətirir. Mal gətirən müəssisələr də bunların oyunundan bezərək, onların dediyini qəbul edib, hər ay konvertlərini verirlər.

Bu yaxınlarda “Kaskad” şirkətinin gətirdiyi nasoslardan bir neçəsinin köhnə olduğu, üzünün rəngləndiyi aşkar olundu. O şirkətin nümayəndəsi anbara gəlib gedəndən sonra nasoslar anbara qəbul olundu və köhnə avadanlıq təzə adı ilə regionlara göndərildi.

Başqa bir misal: “Araz motors” şirkəti malları bazardan alıb verir. Adını da qoyur ki, xaricdən mal alır. Bizdə olan məlumata görə, “Araz motors” Anbar Təsərrüfatı İdarəsinə heç bir maşın ehtiyyat hissələri vermir, yalnız sənədlərini verir.

”Hidsab” şirkətinin ”Azərsu” ilə bağladığı müqaviləyə əsasən, bu şirkət Yaponiya istehsalı olan diyircəkli yastıq və digər ehtiyat hissələrinin yerinə Çin istehsalı olan mallar gətirir. Mallar yararsız olsa da, İmran Abbasov onları anbara qəbul edir.

Bu insanın “fəaliyyəti” nəticəsində “Azərsu”nun anbarı keyfiyətsiz mallarla dolub. “Azərsu”nun nizamnaməsinə görə, mallar regionlara mühəndislərin iştirakı ilə göndərilməlidir. Ölkə üzrə malların daşınması Anbar İdarəsi vasitəsilə həyata keçirilir.

Lakin ən birinci "Şirvan Sukanal İdarəsi"nin malları yola salınır. Səbəb qardaşının orada icara başçısı olmasıdır. Bəs digər regionların rəislərinin qardaşı icra başçısı deyilsə, onların malları gec getməlidir?

Malları daşımaq mühəndislərin birbaşa vəzifə borcudur. Ancaq İmran Abbasov çox vaxt malları mühəndis olmadan, sürücü ilə göndərir. Səbəb olaraq idarənin xərcinin çox olduğunu göstərir.

Əgər idarənin xərci belə çoxdursa, o zaman özü hər ay aldığı filan qədər “peşəkarlıq” pulunu şirkətə bağışlasın də. Bu insan hansı sahədə peşəkardır ki, maaşından əlavə bu qədər pul alır? Onsuz da o bütün günü kabinetindən bayıra çıxmır.

Sonda onuda qeyd edək ki, idarəsinə gələn malların çoxusunu öz şəxsi ev işləri üçün sərf edir. Yəqin ki, onun idarəsində heç vaxtı yoxlama olmur. ”Azərsu”yun rəhbərliyinin görəsən bundan xəbəri var, ya yox?

Paralel.az

 

0.016226053237915