Füzulu rayon sakini ölkə Prezidentinə müraciət etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya;
Surəti: Baş Prokuror cənab Kamran Əliyevə;
Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə;
Surəti: Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;
Surəti: İnsan Hüquqları üzrə Müvəkkil xanım Səbinə Əliyevaya;
Surəti: Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinə.
Şikayətçi: İbişov Rza Kazım oğlu
Ünvan: Füzuli rayon Fin qəsəbəsi
(Mənə və ailəmə qarşı törədilmiş beş cinayət işinin açılmaması, mənim və ailəmin ölüm təhlükəsilə üzbəüz qalması barədə)
ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm cənab Prezident! Sizdən xahiş edirəm səsimə səs verin, mənə kömək edin. Kütləvi İnformasiya Vasitələrindən xahiş edirəm səsimi cənab Prezidentmizə çatdırın. Mənə qarşı törədilən beş cinayət işi tapşırıq əsasında gizlədilir.
Yazıb sizə bildirirəm ki, mənə və ailə üzvlərimə qarşı bir neçə cinayət hadisələri törədilib. Bu cinayət hadisələrilə bağlı 102 xidmətinə, Füzuli rayon Polis Şöbəsinə, aidiyyatı qurumlara yazılı və video-disklə müraciət etmişəm. Cinayətin motivi ondan ibarətdir ki, bu hadisələri törədən cinayətkarlar bəllidir.
Cinayəti törədən Həsənov Maarif və Mehtiyev Elçinin səs yazısı var, həmin video görüntüləri sizə göndərirəm. Maarif adlı şəxs deyir ki, bu hadisələri Elçin törədib, Elçin deyir ki, Maarif törədib. 2014-cü ildə mənə məxsus "Yaşa” fermer təsərrüfatının, fermanın içərisində 137 baş qoyunun, 40 baş hind quşunun, tövlənin, qış üçün ehtiyyata yığdığımız ot tayasının yandırıblar. Bu cinayət hadisələrinin törədilməsi nəticəsində çoban intahar edərək ölüb. 2018-ci ildə mənə məxsus hektarlarla taxıl sahəsini yandırıblar və yandırılan ərazidə qalan kapron su qabının içərisində benzin aşkar olunub.
2019- cu ildə mənə məxsus Mercedec-190 markalı avtomobilimin həyətimdə yandırılması, 2021-ci il 16 dekabrda qardaşıma məxsus Opel markalı avtomobilin benzin töküb qəsdən yandırılması nəticəsində mənə məxsus Azsamand Runa markalı maşınıma da od düşmüşdür, maşınlar yanarkən yanğın evimə də keçmişdir.
Bu hadisədən sonra 2020-ci il dekabr ayının 29-dan 30-na keçən gecə mənə məxsus "Zəfər 44" adlı ət dükanımı benzinlə yandırmışlar. Bu zanab yoldan keçən 2 nəfər şəxs qəssabxananın yandığını görüblər, qəssabxananın qarşısına yazdığım telefon nömrəmi götürüb, mənə zəng vurdular ki, qardaş, sənə məxsus qəssabxana yanır. Mən də həmin vaxt Bakda idim. Onlardan xahiş etdim ki, qəssabxananın qarşısında gidrafonlu su motoru var, krantı açın, dərhal motor işə düşəcək. Onlar da su motorunu işə salıblar, qəssabxananın tam yanmasının qarşısını alıblar.
Qəssabxananın içərisinə girdikdə məlum olub ki, qəssabxananın pəncərəsi sındırılıb içinə benzin tökülüb qəsdən yandırılmışdır. İçində olan bütün ləvazimatlar yanmış, 137 kq ət yanmış hətta yerdə və ətin üzərində benzinin iyi tam hiss olunurdu.
Həmin kapron benzin qabı burada da aşkar olunmuşdur. Bu hadisədən bir neçə ay sonra mənə məxsus "Zəfər 44" dükanına aid su motorunun su çəkən hissəsinin qəsdən sındırılmasında Maarif Həsənovla, Elçin Mehtiyev tərəfindən törədildiyi ifşa olunmuşdur. 2022-ci il mart ayının 23-dən 24-nə keçən gecə Maarif və Elçin su motorunu qəsdən sındırmışlar ki, ət dükanını təkrar yandırsınlar.
Nəzərinizə çatdırım ki, Maarif Həsənov və Elçin Mehtiyev mənə yaxın qonşudular və məlumatları vardır ki, mənə və ailəmə qarşı bir neçə cinayət hadisəsi baş verib. Biz dəqiq bilirik ki, bizim ailəyə qarşı edilən cinayət hadisələri bu iki şəxs tərəfindən törədilib.
Mən artıq dəfələrlə Füzuli rayon Polis Şöbəsinə və Füzuli rayon Prokurorluğuna müraciət etsəm də mənə və ailəmə qarşı edilən bu qədər cinayət işinin üzəri bu günə kimi açılmamışdır. Səbəb isə kimlərinsə bu cinayətlərin açılmasına mane olmasıdır. Əgər yuxrı səviyyədə bu işin açılması üçün ciddi tapşırıq verilməsə bu qədər cinayətin üzəri açılmayacaq. Mənə qarşı bu qədər cinayət işi törədən şəxslər əlbət bir gün ailəmi də öldürəcək.
Lakin səsimi heç bir yerə çatdıra bilmirəm. Şikayətlərimizə baxılmaması sübut edir ki, mənə, ailəmə qarşı törədilən ağır cinayətlərin üstünün açılmamasına kimlərsə çox maraqlıdır. Daxili İşlər Nazirliyinin bu məsələlərlə bağlı Füzuli rayonuna ezam olunmuş nümayəndəsinin bizə məlum olmayan səbəbdən, cinayət işini dayandırması çox maraqlıdır. Bizə hələ də aydın deyil ki, nə üçün DİN-in Füzuliyə gələn nümayəndəsi cinayətkarları həbs etmək əvəzinə, onların törətdiyi cinayət işinin araşdırması dayandırdı?
Təsəvvür edin, mən cinayəti törədənləri tapıram, amma dövlət orqanları onları cəzalandırmaq istəmir!
Ona görə, Sizdən xahiş edirəm ki, baş vermiş cinayət hadisələrinin araşdırılmasını Füzuli rayon Polis Şöbəsinə deyil, Nazirliyə məxsus xüsusi qrup tərəfindən araşdırılmasına tapşırasırmaqla, nəzarətə götürəsiniz.
Qardaşım İbişov Taryel Kazım oğlu l və ll Qarabağ döyüşlərinin iştirakçısıdır. Özüm isə 44 günlük Vətən müharibəsində iştirak edib, göstərdiyim şücaətə görə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın təşkilatçılığl ilə 31 nəfər qəhrəmandan bəhs edən "Biz" tarixi zəfər filminə çəkilmişəm. Biz dövlət və dövlətçiliyimizə inaniriq və güvənirik, bizə qarşı baş vermiş bu cinayət hadisələrinin tez bir zamanda aşkar olunacağına inanırıq!
Qeyd: Kütləvi İnformasiya Vasitələrindən xahiş edirəm, bu yazımı olduğu kimi ictimailəşdirsinlər. Yazıya görə bütün məsuliyyət tamamilə mənə aiddir. Ümüd edirəm ki, Sizlərin göstərişilə bizə qarşı törədilən beş cinayətin üstü mütləq açılacaq!
Mənə və ailəmizə məxsus əmlaklara qarşı törədilmiş cinayətlərlə bağlı foto və video görüntülərin bir hissəsi materiala əlavə olunur: Bütün faktlarla bağlı mənimlə əlaqə saxlanıla bilərsiniz.
İmza: Rza Kazım oğlu İbişov
Mobil: 0504482102, 0509892102
E-mail: [email protected]
Tarix: 26 yanvar 2023-c ü il