Cənab Əhməd İsmayılov, bura nə İrandır, nə də ki, Mozambik! - Yenilənib

Cənab Əhməd İsmayılov, bura nə İrandır, nə də ki, Mozambik! - Yenilənib
 

Alınmayacaq! Çünki, ətrafına topladığın və büdcə vəsaitləri hesabına qidalandırdığın “troll” dəstələri, nəinki bugünkü hadisələri, heç keçmişdəkiləri də düzgün təhlil edib özləri üçün lazımi nəticə çıxara bilmirlər.

Bu gün Azərbaycan mətbuatını müstəqil, azad, sərbəst görmək istəyənlərin əsas məqsədi, yalnız və yalnız Əhməd İsmayılovun media üzrində yaratmaq istədiyi “qara buludları” parçalamaq və ölkəmizi dünyanın qəbul etdiyi Qərbin demokratik media siyasətinin "zərbəsindən" xilas etməkdir.

Bir zaman ölkənin üzərinə Ramiz Mehdiyev, Əli Həsənov və Vüqar Səfərli də, məhz belə bir arzu ilə, sərhəd tanımayan misilsiz iddialarla yaşayırdılar və həmin iddiaların da qurbanı oldular. Sonda nələr oldu, nə baş verdi? Baş verənlər o oldu ki, hər iki şəxsin düzüb-qoşduğu çürük xaniman tarı-mar oldu. Biri əbədi istirahətə, biri mədəni sürgünə, digəri isə dəmir qıfıllar arxasında istirahətə göndərildi.

Siyasətdən normal anlayışı olanlar aydın müşahidə edirlər ki, Medianın İnkişafı Agentliyi Prezidenti İlham Əliyevin etibarından sui-istifadə edir, ölkədə media siyasətini məhv etməklə, Qərbin demokratik media siyasəti ilə üz-üzə qoyur.

Bir sözlə, Medianın İnkişaf Agentliyinin fəaliyyəti ölkə Prezidentinin media siyasətilə qətiyyən uzlaşmır, əksinə ölkəni dünya ilə qarşıdurmaya sürükləyir.  Agentliyin icraçı direktoru hələ də dərk etmir ki, onun Prezident Administrasiyasındakı ağaları ona düz yol göstərmirlər, R. Mehdiyev, Ə. Həsənov və V. Səfərlinin getdiyi yanlış yolu daha pis formada təkrar etməyə məcbur edirlər. Başa düşmək lazımdır ki, biz bu gün nə İranda, nə də ki, Mozambikdə yaşamırıq, biz dünyanın bir çox beynəlxalq təşkilatlarına üzv olan müstəqil Azərbaycan Respublikasında yaşayırıq.

Qeyd edək ki, "Media haqqında" qanun dünyanın media üzrə nüfuzlu beynəlxalq qurumlar tərəfindən "2" qiymətləndirmişlər və tezliklə bu qanunun dəyişdirilməsi barədə ölkə rəhbərliyinə çağırış etmişlər.

Çağırışda "Media haqqında" Qanunun Azərbaycan Konstitusiyası, "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun, BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların fəaliyyətilə ziddiyyət təşkil etdiyi 04. 02. 2022-ci il tarixdə müstəqil jurnalistlərin keçirdiyi tədbirdə qeyd olunub.

Tədbir iştirak edən müstəqil jurnalistlər media haqqında qəbul olunmuş Yeni Qanunu legitim hesab etməmişlər və fəaliyyətinin dayandırılmasını ölkə Prezidentindən xahiş etmişlər.

Tədbirdə iştirak edənlər Prezident İlham Əliyevə müraciətin hazırlanması və bu tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab etmiş və müvafiq redaksiya komissiyası seçmişlər.

Şirin Cəfəri

0.027427911758423