Ekspert: "Almaniya bunun bariz nümunəsidir"

Ekspert:
 
"Azərbaycan hökuməti və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti arasında əldə olunan razılaşmalara görə, şirkət dənizdə və quruda ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları quracaq. Bu, hazırda Azərbaycanın malik olduğu ümumi gücün təxminən üçdə birinə bərabərdir."

"Paralel.az" xəbər verir ki, bu fikirləri iqdisadçı ekspert Rövşən Ağayev paylaşıb.
O, qeyd edib ki, hökumət alternativ enerji mənbələri hesablna elektrik enerjisi istehsalını artırmaqla yaxın 10 ildə dünya bazarında böyük həcmə sahib ixracatçıya çevrilməyi düşünür.

"2022-ci ilin nəticələrinə görə, Azərrbaycan 1.7 mlrd. kv/saat həcmində və 121,6 mln. dollar dəyərində elektrik enerjisi ixrac edib.
Bu bazara çox mütrəkkəb və dəyişkən bazardır. Əvvəla, ona görə ki, təbii ehtiyatlardan fərqli olaraq alternativ enerji potensialına daha çox ölkə sahibdir və bu bazarda sərt rəqabətin mövcudluğuna geniş meydan verir. Məsələn, təbii sərvətə malik olmayan ölkə alternativ enerji hesanbına özünün enerji asılılığını azaltmaq fürsəti qazanır. Almaniya bunun bariz nümunəsidir."

İqtisadçı ekspertə görə yeni texnologiyaların sürətli inkişafı alternativ enerjinin həcminin həddən artıq sürətlə genişləndirməklə yanaşı, dəyərini də aşağı salır.
Onun sözlərinə görə bu bazarın gələcəyini geniş və ciddi iqtisadi, elmi əsaslara söykənən araşdırmalar olmadan proqnozlaşıdırmaq çox çətindir.

"Azərbaycan hökumətinin yeni elektrik enerjisi gücləri yaratmaq hesabına ölkənin ixrac kanallarını genişləndirməsinin ölkənin valyuta qazanclarına nə dərəcədə töhfə verəcəyini zaman göstərəcək.
Amma hazırkı dövr üçün maraqlı olan bəzi məlumatları paylaşmaq istəyirəm. 2021-ci ilin yekunlarına görə, dünya üzrə 2.6 trln. kv/saat həcmində və 147 mlrd. dollar dəyərində elektrik enerjisi ixrac olunub. 1 kv/saat elektrik enerjisinin orta ixrac dəyəri 6 sentə yaxın olub. Amma bu qiymət ayrı-ayrı ölkələr üzrə çox fərqli olub. Məsələn, 1 kv/saat elektrik enerjisinin ixrac qiyməti Belçikada 12 sentə, Fransada 10 sentə, Böyük Britaniyada 13 sentə, Kanadada 5 sentə, Mərakeşdə 7 sentə yaxın olub.
Ölkələrin elektrik enerjisi ixracından gəlirləri də fərqlidir. Məsələn, Fransa 7 mlrd. dollardan artıq, Estoniya isə 600 mln. dollara yaxın ixrac gəliri əldə edib - deyə, R. Ağayev bildirib.21:05
 
0.046590089797974