Bakıda mkroavtobus qəza törədib, 3 nəfər...

Bakıda mkroavtobus qəza törədib, 3 nəfər...
 

Bakının Qaradağ rayonunda yol qəzası zamanı 3 nəfər ağır xəsarət alıb.

Paralel.az xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətinə hərəkətdə olarkən minik maşını ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

0.01334810256958