Azərbaycan hazır olmalıdır! – “Fransa “erməni kartı”ndan istifadə edəcək”

Azərbaycan hazır olmalıdır! – “Fransa “erməni kartı”ndan istifadə edəcək”
 

Fransada pensiya islahatlarına qarşı ümummilli tətillər başlayır.Tətillər həmkarlar ittifaqlarının çağırışı ilə baş tutacaq. Qeyd edək ki, ötən həftə ölkənin baş naziri Elizabet Born bəyan etmişdi ki, Fransada 2030-cu ilə qədər pensiya yaşı 62-dən 64-ə qaldırılacaq və hökumət bu məsələ ilə bağlı güzəştə getmək niyyətində deyil.

Əsasən nəqliyyat sektorunun işçiləri, poçtalyonlar, müəllimlər, neft emalı zavodlarının, eləcə də şəhər icra hakimiyyəti orqanlarının işçiləri tətillərə qatılacaqlarını bəyan ediblər.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov vurğulayıb ki,Fransada daxili gərginlik və sosial rifahın aşağı düşməsi yaşandığı üçün, onlar diqqətləri problemlərdən yayındırmağa çalışırlar:

"Diqqəti yayındırmağın ən gözəl üsulu isə Avropadan minlərlə kilometr uzaqlıqda yerləşən və məsələyə heç bir dəxli olmayan Azərbaycana qarşı ağlasığmaz iddialar irəli sürməkdir. Biz gələcəkdə onların daha da kəskin ittihamlarla çıxış edəcəyinə şahid olacağıq. Çünki Fransadakı sosial vəziyyət, islamafobiya, antiazərbaycançılıq, antisemitizm və insanlığa qarşı aparılan siyasətlə birbaşa bağlıdır".

Parlamentarinin sözlərinə görə, dünya Fransanın bəyan etdiyi dəyərlərin heç birini qorumadığını anlamağa başlayıb:
"Fransa dəyərləri ifrat dərəcədə istifadə edərək, onlara qarşı ikrah hissi yaratdı.

Əslində onların demokratiya, insan haqları, qanunun aliliyi və bərabərlikdən danışması, bugünkü reallığı əks etdirmir. Dırnaqarası iqtisadi islahatlar isə, sosial vəziyyətinin ağır olduğuna dəlalət edir.

Ümumiyyətlə, təqaüd yaşının artırılması, Fransadakı iqtisadi problemlərlə bağlıdır. Etirazların isə davam edəcəyini, hətta daha da şiddətlənəcəyini düşünürəm.

Məsələ ciddiləşdikcə, millətinə cavab verə bilməyən Fransa əlini başqa məsələlərə atmağa başlayacaq. Yəni insanların fikirlərini yayındırmaq üçün “erməni kartı”ndan istifadə olunacaq. Azərbaycan bütün bunlara hazır olmalıdır. Biz başa düşməliyik ki, hadisələrin daxilində erməni lobbisinin “əli” və Fransanın beynəlxalq arenada nüfuzunun aşağı düşməsi dayanır".

0.018635988235474