Milli lider M.Ə.Rəsulzadənin varisi Azərbaycan xalqıdır...

Milli lider M.Ə.Rəsulzadənin varisi Azərbaycan xalqıdır...
 


MƏHƏMMƏD ƏMİN BƏY


- təmiz, sadə, gözəl, nurlu insandır;
- dindar ailədə böyüdü;
- ata, ana sevgisini doyunca gördü;
- özünə güvəndi;
- fədakardır;
- çalışqandır;
- cəsurdur;
- təvazökardır;
- ağıllı olması onu gerçəkliyə, duyğusal olması idealizm və cəsarətə bağlayır;
- istedadlıdır;
- iradəlidir;
- dirəniş ruhu var;
- milli, dini dəyərləri öyrəndi, onlarla barışıq yaşadı;
- türk, rus, fars dillərini öyrəndi;
- halal insandır;
- hədəfləri, idealları var;
- alimdir;
- yazıçıdır;
- jurnalistdir;
- ağıl və duyğunun qovşağında olan, təsirli nitqi var;
- ciddi siyasət və dövlət adamıdır;
- ilklərə imza atdı;
- Azərbaycan Milli Azadlıq Hərəkatının lideridir;
- Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur;
- mücahiddir;
- həyatı mücadilə içində keçdi;
- acılar çəkdi, bu acılar onu böyütdü;
- ümidlə doludur;
- zəngin siyasi, elmi irsi var;
- həyat yolu xəzinədir;
- örnək şəxsiyyətdir;
- O, ümid insanıdır, örnəkdir, məktəbdir;

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HƏYATINI:
- müstəqilliyə;
- azadlığa;
- ədalətə;
- elmə;
- mərhəmətə həsr etdi;
- Rusiyanın Azərbaycanı kölələşdirmə siyasətinə qarşı çıxdı;

MƏHƏMMƏD ƏMİN BƏYİN müstəqil, azad AZƏRBAYCAN uğrunda mücadilə etmiş, milli nemət, sərvət olan şəxsiyyətlərin mirası bunlardır:
- CÜMHURİYYƏT – monarxiya sisteminin əksidir, monarxiyada hakimiyyətin qaynağı ailə, CÜMHURİYYƏTDƏ xalqdır, dövlətin adı AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİDİR, xalqın iradəsi ilə qurulan, xalqın iradəsi ilə idarə edilən dövlət biçimidir, Parlament idarə üsulu olan Respublikadır, Parlamentdə səkkiz partiyanın təmsilçisi var;
- 114 min kvadrat kilometrlik Azərbaycan;
- Üçrəngli şanlı bayraq, dövlət himni – milli kimliyin, milli birliyin, müstəqil, azad yaşamaq iradəsinin simvoludur;
- XİLASKARLIQ – Cümhuriyyət Azərbaycan xalqını rus-erməni quldurlarının bu xalqın kökünü kəsmək siyasətindən, qırğınından xilas etdi;
- AZADLIQ – Cümhuriyyət xalqa seçmək, seçilmək haqqı verdi, qadınlara ABŞ-dan, bir sıra Avropa ölkələrindən, bütün Şərqdən daha tez seçmək, seçilmək haqqı tanıdı;
- ƏDALƏT – hər kəsə layiq olduğunu verəcəyini vəd etdi;
- MİLLİ BİRLİK, BARIŞ – Cümhuriyyət etnik, dil, din, cins fərqi qoymadan bütün vətəndaşlarının haqlarını qoruyacağını varlıq səbəbinin əsaslarından biri olaraq qəbul etdi;
- MƏRHƏMƏT – Cümhuriyyət sosial dövlət olacağını bildirdi, Cümhuriyyət qurucuları dövlət insan üçündür anlayışına sahib idilər;
- ELM, TƏHSİL – inkişafın əsasıdır, Cümhuriyyət ən zəif halında belə Azərbaycan xalqının övladlarını dövlət hesabına Avropa dövlətlərində oxumağa göndərdi;
- SƏBİR – DİRƏNİŞ GÜCÜ, MÜBARİZƏ ƏZMİ – Məhəmməd Əmin Rəsulzadə 71 illik ömrünün 55 ilini təmənnasız olaraq Azərbaycana həsr etdi, 35 il mühacirətdə yaşadı, ailəsini, vətənini itirsə də, əsla Azərbaycan davasından əl çəkmədi, varlığını Azərbaycan xalqına fəda etdi;
- GÖZƏL ƏXLAQ – Məhəmməd Əmin Bəy ALLAHA inandı, yalan danışmadı, iftira atmadı, haram yemədi, rüşvət almadı, sarayları, bankda hesabları olmadı – yoxdur, ciddi sıxıntıları olsa da, halal yaşadı;
- BÖYÜK SİYASİ, ELMİ, ƏDƏBİ İRS – Məhəmməd Əmin Rəsulzadənin təxminən 20 cild əsəri var, milli xəzinədir, müstəqil, azad, ədalətli Azərbaycan sevdalıları yetişdirmək üçün əvəzedilməz qaynaqdır;

UCA ALLAH MƏHƏMMƏD ƏMİN RƏSUZLADƏDƏN, CÜMHURİYYƏT QURUCULARINDAN RAZI OLSUN, AZƏRBAYCAN XALQINA ONLARIN BÖYÜK MİLLİ MİRASINA SAHİB ÇIXMAQ İMKANI VERSİN!
AMİN!

Siracəddin Hacı

Paralel.az

 

0.066521883010864