İstanbuldan gələn qızın mədəsində yarım kilo kokain aşkarlandı

İstanbuldan gələn qızın mədəsində yarım kilo kokain aşkarlandı
 

Vnukovo hava limanında polis mədəsində narkotik olan 23 yaşlı qızı saxlayıb.

Paralel.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, İstanbuldan Moskvaya uçub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yoxlamaq qərarına gəliblər və rentgenoqrafiyadan sonra vətəndaşın mədəsində bağlamalar görüblər.

Gənc qadın xəstəxanaya aparılıb. İki gün sonra polis qızın mədəsində yarım kiloqram kokain olan 90 qara bağlama olduğunu öyrənib.

Faktla bağlı cinayət işi qaldırılıb, onun 20 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

0.015802145004272