“Qərb silahlarının tədarükü və təlimi bir qədər vaxt aparacaq” - Reznikov
Ukraynanın şərqində vəziyyət çətin olsa da mövcud şərait silahlı qüvvələrin nəzarəti altındadır.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Kanadanın CBC telekanlına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb silahlarının tədarükü və təlimi bir qədər vaxt aparacaq.
Bununla belə nazir, mart ayına qədər hər şeyin istifadəyə hazır olacağına ümid edib.
Xatırladaq ki, Ağ Ev Ukraynaya hərbi yardım üçün “31 M1 Abrams” döyüş tankı göndərib.
Bu çərçivədə Kiyev həmçinin 8 xilasedici maşın alacaq.
Bundan əvvəl isə Almaniya hökuməti Ukraynaya “Leopard 2A6” döyüş tanklarının göndərildiyini təsdiqləmişdi.