Bakıda vəzifəli şəxs intihar edib

Bakıda vəzifəli şəxs intihar edib
 

Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.

Paralel.az xəbər verir ki, vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar aparılır.
Əldə etdiyimiz məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə. Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski sorğuya cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.

0.028759956359863