İsfahanda hərbi obyektə hücum - VİDEO
İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində partlayış baş verib.
Paralel.az xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.
İsfahan valiliyi partlayışı təsdiqləyib, itkilərin olmadığını açıqlayıb.
İran Müdafiə Nazirliyindən verilən açıqlamada hərbi obyektə mikro pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.
İran dəhşət içində: 4-5 şəhərdə partlayış, hərbi obyektlərə dron hücumu - FOTO
“Müdafiə Nazirliyinə bağlı istehsalat obyektlərindən birinə mikro pilotsuz uçuş aparatlarından istifadə edilməklə uğursuz hücum edilib. Müdafiə tədbirləri ilə təyyarələrdən biri obyektin hava hücumundan müdafiəsi ilə, digər ikisi isə müdafiə tələlərinə düşərək partlayıb”.
Hücum nəticəsində insan itkisinin olmadığı qeyd olunub.