Ərdoğan sosial mediada ən çox izlənən liderdir - İtaliya fondu
İtaliyada rəqəmsal məlumatları təhlil edən bir fondun araşdırmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biridir.
Paralel.az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın Rəqəmsal Texnologiyalar Fondu "rəqəmsal nəzarət" hesabatı hazırlayıb. Fond 24 dövlət və hökumət başçısının "Facebook", "Instagram" və "Twitter" sosial şəbəkələrindəki hesablarını təhlil edib. Araşdırmaya görə, sosial mediada ən çox izlənən qlobal liderlər ABŞ prezidenti Co Bayden, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenskidir.
Digər liderlər arasında ən çox izlənən Braziliya prezidenti Luiz İqnasio Lula da Silva, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi və İtaliyanın baş naziri Corciya Melonidir.