Ekspert: "İranın soydaşlarımız üçün təhlükəli ölkə olması faktı bir daha təsdiqləndi"

Ekspert:
 

"Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməsi rəsmi Tehranın soydaşlarımız üçün artıq təhlükəli olması faktını bir daha təsdiqləyir.

Eyni zamanda, İran bu hadisədə dövlət olaraq da məsuliyyət daşıyır. Son dövrlər İranın müxtəlif dairələri uzun müddət idi ki, Azərbaycana qarşı müxtəlif təhdidlər səsləndirirdi. Bu gün baş verən hadisə bunu bir daha təsdiqləmiş oldu. Eyni zamanda, unutmayaq ki, rəsmi Tehran baş verən bu çirkin hücumla bağlı Vyana Konvensiyalarına görə də məsuliyyət daşıyır”.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib.

O qeyd edib ki, əgər bu gün diplomatik nümayəndəlik belə hücuma məruz qalırsa, onda adi vətəndaşların, xüsusilə, soydaşlarımızın vəziyyəti çox acınacaqlıdır. Demək olar ki, mütəmadi hüquqları pozulur.

“İrandakı Azərbaycan türkləri əhalisinin sayına görə ölkədə birinci yerdə olmalarına baxmayaraq, onların necə bir təzyiq və təhdidlə üz-üzə qaldıqları göz önündədir. Biz soydaşlarımızın hüquqlarının bərpası, onların təhlükəsizliyinin təmin olunması istiqamətində əlimizdən gələni əsirgəməməliyik. Təbii ki, beynəlxalq aləm də İrana öz yerini göstərməlidir”.

0.025259971618652