FATİHƏ surəsi deyir ki...
Siracəddin Hacı:
- Fatihə rəsmi sıralamada Qurani-Kərimin ilk surəsidir;
- yeddi ayədir;
- bütün ayələri eyni anda nazil olunan ilk surədir;
- Allah Rəsulu onu Qurani-Kərimin birinci sırasına yerləşdirmişdir;
- O, Qurani-Kərimin özü, canı, əsası, özəti, ön sözü, namazın olmazsa, olmaz şərtidir;
- ana mövzuları bunlardır: həmd, tövhid, axirət, dua;
- Qurani-Kərimin məqsəd və mənaları Fatihədə toplanmışdır;
- surədə iman, ibadət, həyat nizamının əsasları var;
- imanın əsası: həmd aləmlərin Rəbbi, Rəhman, Rəhim, din gününün (hesab gününün) Maliki olan Allaha məxsusdur;
- ibadətin əsası: yalnız Sənə ibadət edər, yalnız Səndən yardım istəyərik;
- həyat nizamının əsası: bizi nemət verdiklərinin yolu olan doğru yola yönəlt, qəzəbə uğrayanların və azmışların yoluna deyil;
- iman əsası (əqidə) doğru olsa, ibadət (qulluq), ibadət doğru olsa, həyat nizamı doğru olar (sıralama budur: öncə Allahı doğru tanımaq - elm şərtdir);
- iman mücərrəd anlayış deyil, onun meyvələri var, doğru qulluq (ibadət), sağlam həyat nizamı, sevgi, mərhəmət, ədalət, saleh əməllər onun insanlara hüzur verən meyvələridir;
- axirətə iman insanın bu dünyadakı həyatına bərəkət qapıları açar, axirətə iman ədalətə inamdır;
- Allahın haqqı tək olmaqdır;
- insanın haqqı tək olana təslimiyyətdir;
- Allaha təslimiyyət insan azadlığının şərtidir;
- azadlıq da dəyərli olmağın açarıdır;
- Allahın sonsuz imkanlarından istifadə Onu tanımaqla, Ona itaətlə, Onun seçdiyi həyat tərzini yaşamaqla mümkündür;
- ibadətin əsası ixlasdır, səmimi, tanıyaraq, inanaraq, könüllü təslim olmaqdır;
- insanın örnəyə ehtiyacı var, inananların örnəyi elçilər, şəhidlər, sadiqlər, saleh əməli olanlardır;
- insanın ibrətə ehtiyacı var, qəzəbə uğrayanlar, azmışlar, lənətlənmişlər ibrət vasitələridir;
- O, hidayəti istəyənə (istədiyinə deyil) verər;
- O, kimsəni azdırmaz, azmaq istəyənin azmasına izin verər;
- Allah insandan şüurlu, iradəli həyat yaşamasını istəyir, onun qədərini seçiminə bağlayır;
- Fatihə deyir ki, öncə qulluq vəzifəni yerinə yetir, sonra dua et, ən gözəl dua feili (əməli, saleh əməllər) duadır;
- hər şeydən öncə Allahdan hidayət istə;
- bilgisiz iman və ibadət olmaz;
- Fatihə “biz” deyir, ümmət şüuru verir, ümmət olun, birliyinizi qoruyun, ayrılmayın ölçüsünü qoyur;
- insanlığın gerçək yolu İslamın yoludur, bu yolun dəvətçiləri var: ağıl, insanın fitrəti, elçilər, Qurani-Kərim, möminlər;
- Allah hər an həyata müdaxilə edir, görür, bilir, eşidir;
- din Allahın seçdiyi həyat tərzidir, borcdur, insan hər şeyini Allaha borcludur;
- Fatihə islam əqidəsinin toplu ifadəsidir;
- bu surədə islami tərbiyənin əsasları var;
- Allahı tanıyıb, Ondan başqa məbud olmadığını bilən insandan şeytan uzaqlaşar, insan pisliklərdən qorunar, saleh əməllərə yönələr;
- Fatihə insanın möhtac olduğu həqiqətləri ehtiva edir;
- Fatihə hər namazın hər rükətində təkrar olunur, deyir ki, bu mübarək surənin həqiqətlərini unutma, ey insan!;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZA, QƏLBİMİZƏ, VİCDANIMIZA, SALEH ƏMƏLLƏRİMİZƏ BƏRƏKƏT VERSİN, GÖZƏL İNSANLAR!
Paralel.az