16 yaşlı şagirdlə intim əlaqədə oldu - Lisey müəllimindən dəhşətli əməl
ABŞ-ın Missuri ştatında Nixa liseyində hər kəsi dəhşətə gətirən hadisə baş verib.
Paralel.az xarici KİV-ə istinadəna bildirir ki, 26 yaşlı qadın orta məktəb müəllimi Lena Stüart 16 yaşlı şagirdi ilə intim münasibətdə olub.
Şagirdinə daha yüksək qiymət vermək şərti ilə cinsi əlaqədə olduğu bildirilən müəllim haqqında araşdırma başladılıb.
İstintaq çərçivəsində adı açıqlanmayan şagird ifadəsində qiymətlərinin aşağı olduğunu və bu səbəbdən müəllimin cinsi əlaqə qarşılığında yüksək qiymət təklifini qəbul etdiyini açıqlayıb. O ifadəsində müəllimi ilə bəzən evdə, bəzən də avtomobilində cinsi əlaqədə olduğunu bildirib. Əyalət qanunlarına görə yaş həddi 16 olan şagirdlə intim münasibətdə olduğu üçün müəllim azyaşlıya təcavüz etməklə mühakimə olunacaq.