“Mənlə yaxşı cinsi əlaqədə ol, sənə qızımı da gətirəcəm…”

“Mənlə yaxşı cinsi əlaqədə ol, sənə qızımı da gətirəcəm…”
 

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Fidan (şahidin adı şərti verilib – red.) ifadə verib. 

Qeyd edək ki, Nurani 3 il ərzində Fidanı Əfsanə ilə yaşadığı evə gətirib və onun yanında Fidanla cinsi əlaqədə olub. Elə qətl hadisəsi bu hərəkətlərin sonunda baş verib. 

İttihama görə, ötən il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib. 

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. 

Fidan ifadə vermək üçün məhkəmə zalına dəvət olunan zaman hakim ondan təqsirləndirilən şəxslə düşmənçilik ədavətinin olub-olmamasını soruşub. Şahidin təqsirləndirilən şəxslə ədavəti olmadığını deyib. 

Amma təqsirləndirilən Əfsanə şahidlə düşmənçiliyi olduğunu bildirib: “Bu qadın mənim düşmənimdir, uşaqlarımın əxlaqını pozub”. 

Daha sonra ifadə verən Fidanın sözlərinə görə, mərhum Nurani ilə kafedə işləyən zaman tanış olub: “Tanış olandan sonra Nurani məni evinə dəvət etdi. Mən isə onun evinə getmək istəmədim. Bu zaman Nurani evə zəng etdi və həyat yoldaşı ilə danışdı. Əfsanəyə dedi ki, evə qadın gəlir. Telefonla danışandan sonra mənə dedi ki, narahatlıq yoxdur, bizim birlikdə evə getməyimizə evdəkilər də razıdır. 

Bundan sonra onunla getməyə razılaşdım. Birlikdə onlara getdik. Bizi Əfsanə qarşıladı. Həmin vaxt Əfsanə dedi ki, narahatlıq yoxdur, sərbəst ol. Biz birlikdə evdə çay içdik, söhbət etdik. Daha sonra Əfsanə bizə yer saldı. Yenə də birlikdə olmağa razı deyildim. Nurani mənə hədə-qorxu gəlməyə başladı. Həmin vaxt Nurani məni döydü, barmağımı zədələdi”. 

Şahid qeyd edib ki, sonrakı günlərdə də Nurani ilə telefonda danışıb: “Onun telefonlarına cavab verməyəndə isə evimizə gəlirdi. Mesaj yazırdı ki, evinizin qapısındayam. Məni hər dəfə öldürməklə hədələyirdi, çox incidirdi”. 

Fidan Nuraninin ölüm xəbərini köhnə işlədiyi kafedəki iş yoldaşlarından eşidib. Onun sözlərinə görə, əvvəlcə Nuranini beyninə qan sızması nəticəsində öldüyünün eşitsə də, sonradan onun həyat yoldaşı Əfsanə tərəfindən öldürüldüyünü bilib. 

Prokurorun suallarını cavablandıran Fidan qeyd edib ki, Nurani onunla tanış olanda ailəli olduğunu bilib: “Bu tanışlıqdan bir həftə sonra Nuranini evinə getdim. Evə getməyi Nurani təklif etdi. Mən özüm də ailəli olmuşam, iki uşağım var. Birinci dəfə Nuranigilə getməyə razı olmadım. Ailəsinin barəmdə narazı qalacağını dedim. Amma Nurani bildirdi ki, evdə heç bir narahatçılıq yoxdur”. 

Fidan bildirib ki, Nurani içki içən idi, spirtli içki qəbul edəndə özündə olmurdu. Onun sözlərinə görə, Nurani ilə onların evində intim münasibəti 3 il davam edib: “Hər dəfə onlara gecə gedirdim. Arvadı da, uşaqları da evdə olurdu. Onun 4 uşağı var idi”. 

Prokurorun “sən ailəli qadının evində Nurani ilə görüşürdün, sənin də ərin evinizə qadın gətirirdi?” sualına şahid belə cavab verib: “Mənim ərim evə başqa qadın gətirmirdi. Ərimin bu hadisələrdən xəbəri yox idi”. 

Bu zaman prokuror şahiddən Nurani ilə gecələməsini növbəti gün ərinə necə izah etməsi il bağlı suallar verib. Şahid deyib ki, Nurani ilə intim münasibətdə olmasını, onun evində gecələməsini ərinə bildirməyib. O, evə gəlməyəndə ərinə qardaşıgildə qaldığını deyirmiş. 

Fidan Nuranini hərəkətlərindən hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə suallarla belə cavab verib: “Nuranini məni döyməsi, şantaj etməsi barədə polisə şikayət etmək fikirində olmuşam. Bir dəfə Sabunçu polis idarəsinə qədər getsəm də, sonradan şikayət etmədim, geri qayıtdım. Ərinin belə hərəkət etməsi ilə bağlı Əfsanə ilə söhbətimiz olmayıb. Nurani mənim telefonumun yaddaşında olan bütün nömrələri götürüb. Onunla görüşməyəcəyim halda mənimlə olan münasibətlərimiz barədə yaxınlarıma, qohumlarına zəng edərək deyəcəyini bildirib. Məni ərimlə, oğlumla şantaj edib”. 

Fidan Əfsanənin Nurani ilə onun münasibətinə göz yummasını belə izah edib: “Nurani mənə dedi ki, Əfsanə bizə etiraz edə bilməz. Mən onu atası ilə intim əlaqədə olanda tutmuşam. Ona görə də Əfsanənin mənə etiraz etməyə haqqı çatmır”. 

Daha sonra Fidan bildirib ki, Nurani ilə münasibətdə olduğu 3 il ərzində ayda bir dəfə onun evində intim əlaqədə olub. Qeyd edib ki, Əfsanə onlara otaq hazırlayıb, həmin vaxtlarda onun gərgin olduğunu hiss etməyib. 

Bu zaman Əfsanə deyib ki, əri təkcə Fidala cinsi əlaqədə olmayıb. Onun sözlərinə görə, Fidan görüşə gələndə bacısı qızını da gətirib: “Mən ərimin təzyiqi ilə Fidana da, onun bacısı qızına da yer açmışam”. 

Fidan isə bunun yalan olduğunu bildirib və qeyd edib ki, həmin vaxt Nurani onun başına telefonun çırpıb. Əfsanə isə Nuraninin Fidanın başına telefonunu çırpmasım olayını belə izah edib: “Həmin vaxt Fidan bacısı qızını gətrimişdi. Nurani onun bacısı qızı ilə cinsi əlaqədə oldu. Fidan isə onları mətbəxdə gözləyirdi. Onların otaqdan gec çıxmalarına, mətbəxdə tək gözləməsinə etiraz etdi. Bu vaxt Nurani də onun başına teıefon çırpdı. 

Fidan bizə rəfəqisəni də gətirib. Bu da iki dəfə olub. Həmin vaxt Nurani Fidandan tələb etdi ki, qızını niyə gətirməmisən. Bu səbəbdən Nurani Fidanı döydü. Çünki Fidan Nurani ilə cinsi əlaqədə olanda demişdi ki, mənimlə yaxşı cinsi əlaqədə ol, sənə qızımı da gətirəcəm. Qızını gətirmədiyi üçün Nurani Fidanı döydü. Bundan başqa, Nurani Fidana qardaşı qızı, qaynı qızını da gətirməsini istəyib”. 

Fidan isə bu deyilənlərin yalan olduğunu bildirib. Əfsanənin Fidana “Nurani ilə olanda murdar səslər çıxarırdın, bu səslərini uşaqlarım eşidirdi, bundan utanırdın?” sualına belə cavab verib: “Mən həmin evə gecələr gəlirdim. Həmin vaxt da uşaqlar evdə yatırdılar, bizi görmürdülər. Bu 3 il ərzində Nuraninin uşaqları bizi evdə cəmi bir dəfə görüblər”.

Bu zaman isə Əfsanə Fidana “Mən səni Allaha tapşırmışam. Bu gün mən uşaqlarımdan ayrı qalmışam, səni də mənim günümə düşəsən” deyə bildirib.

Əfsanə daha sonra deyib ki, Fidan Nuranini ona qarşı qızışdırıb: “Nuraniyə deyirdi ki, arvadın yaxşı əlaqələr yaratsın, sənə qadınlar tapsın”. 

Daha sonra hakim Fidanın istintaqa verdiyi ifadəsindən bəzi hissələri açıqlayıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, Nurani ilə ayda 1 və ya 2 dəfə görüşüb, onunla cinsi əlaqədə olub. Onun ifadəsinə görə, Nurani kafe icarəyə götürüb, o da həmin kafedə işləyib: “Kafedə gəlir gətirmədi, bağlandı. Bundan sonra Nuranidən uzaq gəzməyə başladım. Bundan sonra Nurani məni ərim və oğlanlarımla şantaj etməyə başladı. Məni görüşməyə məcbur edirdi”. 

Fidan həmçinin istintaqa ifadəsində Nuranini başqa-başqa qadınları evə gətirdiyini, onlarla cinsi əlaqədə olduğunu deyib. 

Məhkəmədə isə Fidan deyib ki, Nurani onunla birlikdə olduğu zaman evə ondan başqa qadın gətirməsinin şahidi olmayıb: "Nurani özü mənə demişdi ki, məndən əvvəl başqa bir qadın evinə gətirib, sonradan da onunla əlaqəsi olmayıb. Bunu Nuraninin özü mənə deyib”.

Daha sonra şahid qismində Qalabəylilər ailəsinin qonuşları olan Ulduz Əliyeva ifadə verib. O bildirib ki, bu ailə ilə 3 il qonşu olub. Əfsanənin mehriban, üzüyola bir qadın olduğunu söyləyən Əliyeva bildirib ki, Əfsanə ərindən qorxub, buna görə də onlarla ünsiyyət yaratmayıb. 

Digər qonşu Namil Nəcəfov deyib ki, sentyabrın 2-də işdən evə gələndə blokun qarşısında Əfsanənin əlində bıçaq görüb: “Mən də polisə məlumat verdim. Onlar da gələrək Əfsanənin əlindən bıçağı aldılar. Hadisə gününə kimi nə Əfsanəni, nə də Nuranini tanımaşım. Onların səs-küylərinin şahidi olmamışam". 

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verirdi – döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi. Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla qalırdı: “Bütün bunlar mənim, uşaqlarımın gözünün qarşısında baş verirdi. Etiraz edəndə döyülürdüm, söyülürdüm. İllərlə zülm eləyib mənə. Elə olub, zəng eləyib ki, hazırlıq gör, evə adam gələcək. Bir də görmüşəm, pozğun adam gətirdi. Etiraz eləmişəm, dava-qırğın düşüb. O evdə elə dəhşətlər yaşamışam". 

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib. 

Əfsanə Qalabəylinin 13 yaşlı oğlu dindirilib. O, hazırda 8-ci sinifdə oxuyur. Uşaq bildirib ki, atası ailə üzvlərilə çox pis davranırdı. Əvvəllər Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxuduğunu, həftənin 5 günü orada, 2 günü isə evlərində qaldığını deyən məktəblinin sözlərinə görə, həmin iki gün ərzində evdə yaxşı heç nə görmürdü: “Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm. Evə pozğun adamlar gətirirdi, bizi bir otağa salırdı, özü başqa otağa girib, qapını bağlayırdı”. 

Hadisə günü bu uşaq da evdə olub. O, həmin gün gördüklərini də hakimlərə danışa-danışa ağlayıb. 

Əfsanə və Nurani Qalabəylilərin birgə nikahdan 4 övladı – üç oğlu və bir qızı var. 

Növbəti proses fevralın 3-də davam edəcək.

0.025644063949585