170 hektar pambıq sahəsindən...
-Ciddi mənimsəmə faktı
“Azəraqrar” MMC 2020-2021-ci illərdə Beyləqan rayonunda hər il 170 hektar pambıq əkini üzrə müqavilə bağlayıb əkin bəyan edərək subsidiya alsa da, lakin tədarük məntəqələrinə bir kiloqram da olsun pambıq təhvil verilməyib".
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə aqrar məsələlər üzrə ekspert Şəmşad Kərimov çıxış edib. O bildirib ki, 20 284 5215 və 21 284 542 nömrəli müqavilələr Beyləqan MKT filialı, 152 nömrəli müqavilə iSə P_Aqro MMC-nin Beyləqan filialı ilə bağlanıb:
“Bütün müqavilələrə Hüseynov Anar Maşallah oğlu imza atıb. Əkinlərin monitorinqində Əsgərov Niyaməddin Hüseyn oğlu iştirak edib və əkinin olduğu təsdiq edilərək subsidiya kimi ilkin olaraq 37400 manat, sonra isə 3400 manat pul ödənilib”.
Şəmşad Kərimov onu da qeyd edib ki, “Azəraqrar” MMC 12 20 788 nömrəli bəyanla 300 hektar pambıq əkini bəyan edərək 66 000 manat subsidiya alıb:
“Azəraqrar”ın Biləsuvuar və Tərtər rayonlarında da pambıq əkini bəyan edərək subsidiya alsa da, bu illər ərzində bir kiloqram olsun pambıq təhvil verməyib. Eyni zamanda 12 68 787 nömrəli bəyanla “Aqrobaz” MMC 310 hektar pambıq bəyan edərək 68200 manat subsidiya alsa da, o da bir kiloqram olsun belə tədarük məntəqəsinə məhsul təhvil verməyib.
Həmçinin, Göygöl rayonu, Nadil kəndi ərazisində 693 hektar, Camışçılıq ərazisində 220 hektar əkin bəyan edərək subsidiya alınıb, lakin istehsal olunmuş məhsulun taleyi bilinmir. Gədəbəy DAİM-in bitkiçilik sektorunun müdiri və hüquqşünası maaş alsa da, lakin Bakıda yaşayır və işə gəlmirlər. “Azəraqrar” Gədəbəydə də 200 hektar sənədsiz bir əraziyə subsidiya alır. Bundan başqa “Azəraqrar”ın Tovuz rayonunda bəyan etdiyi sahənin dövlət aktı belə yoxdur Ümumiyyətlə, “Azəraqrar” MMC-nin resublika üzrə bəyan edərək subsidiya aldığı torpaqların nə aqrokimyəvi analizi, nə də sığortası var”.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Mehman