Elçin Niyazov "Aztelekomun" Baş direktoru təyin edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
Paralel.az "Report"a istinadla xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
1986-cı il təvəllüdlü Elçin Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.