Türklərin əksəriyyəti İsveçin NATO-ya üzvlüyünün əleyhinədir
Türkiyə vətəndaşlarının 90 faizi İsveçin NATO-ya üzvlüyünün əleyhinədir. Bu, «Anadolu» dövlət informasiya agentliyinin tədqiqatının nəticələrindən görünür.
Bu barədə yanvarın 24-də RİA Novosti agentliyi xəbər verib.
«Anadolu» agentliyinin qeyd etdiyi kimi, bu sosioloji təhqiqatın nəticələri İsveç hakimiyyətinə təqdim olunacaq və ona yaxşı heç nə vəd etmir. Bundan əvvəl xəbər verilib ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bundan sonra İsveçin NATO-ya üzvlük sifarişinin Stokholmdakı qalmaqallı aksiyadan sonra Türkiyə tərəfindən dəstəklənəcəyini gözləməsinə dəyməz.
«İsveçdəki bu çirkli aksiyalar, üstəlik də bizim diplomatik nümayəndəliyin yanında keçirilməsi müsəlmanlar üçün və ümumiyyətlə, bütün insanlar üçün, bütün azadlıqlar və hüquqlar üçün təhqiredici sayılır. Siz, terrorçuları dəstəkləməkdə davam edirsiniz və NATO-ya daxil olmaq üçün dəstək gözləyirsiniz. Belə getməyəcək. İsveçə bizdən bu dəstəyi daha gözləməyə dəyməz» - Ərdoğan deyib.
Bundan əvvəl Stokholmda Türkiyə və şəxsən Ərdoğan əleyhinə etirazlar keçirilib. Onun gedişində Türkiyə liderinin müqəvvası asılıb, sağçılardan biri isə Quranı yandırıb (mənbə: /eadaily.com/).