“Yeganə ölkəyik ki, sevgilimizi arvadımızdan çox qısqanırıq” - Psixoloqdan AÇIQLAMA

“Yeganə ölkəyik ki, sevgilimizi arvadımızdan çox qısqanırıq” - Psixoloqdan AÇIQLAMA
 

“İnsanlar “söz yarası”ndan qurtulmaq üçün psixoloqlara müraciət edir. Çünki psixoloqla ünsiyyət insanın sağlam düşüncəsinin formalaşması deməkdir”.

“İnsanlar “söz yarası”ndan qurtulmaq üçün psixoloqlara müraciət edir. Çünki psixoloqla ünsiyyət insanın sağlam düşüncəsinin formalaşması deməkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq qeyd edib ki, insanları bir-birindən ayıran düşüncələrdir:

“Bu gün insanların psixoloq yanına getməsinə normal hal kimi baxıram. Çünki düşüncələrimiz bizi fərqli addımlar atmağa məcbur edir. Ancaq psixoloqla ünsiyyətdə olma insanlara çox müsbət təsir edir”.

Müsahibimiz qeyd edib ki, bu gün ölkəmizdə psixoloqa o qədər də tələbat yoxdur:

“Bu gün biz peşəkar psixoloqla “Tiktok”da olan müəyyən “psixoloq”ları bir-birindən ayıraq.

Onu qeyd edim ki, bir psixoloqa ancaq qadın və kişi münasibətlərinə görə müraciət etmirsən. Müxtəlif pozuntular zamanı müraciət olunur, istər anadangəlmə, istərsə də, sonradan yaranmış psixoloji xəstəliklər səbəbindən.

Ümumiyyətlə, bu gün psixoloqun yanında ağlamayanlar sabah psixiatrın yanında gülünc vəziyyətdə olurlar. Digər insanlar tərəfindən “dəli” deyə adlandırırlar. Ancaq vaxtında bir psixoloqla ünsiyyət müsbət addımlar verir. Düzdür, bəzi anadangəlmə xəstəliklər var ki, psixoloq onunla yalnız korreksiya işləri apara bilər. Hesab edirəm ki, ümumiyyətlə, bu gün ölkəmizdə insanların psixoloji vəziyyəti normaldır”.

Psixoloq qeyd edib ki, bu gün aparılan statistik nəticəyə əsasən insanlar könüllü şəkildə bu ixtisas növünü seçmirlər:

“İndi bu ixtisasa gələnlərin çoxu təsadüfən gələn insanlardır. Yəni, balları düşməyib və təsadüfən bu ixtisasa qəbul olunanlardır. Bir qism insanlar da var ki, qeyri-peşəkar psixoloqlardır. Ölkəmizdə elə psixoloq var ki, açıram və onun səhifəsinə baxıram, şirin nağıl danışmasına qulaq asıram, gözəlliyinə baxıram. Amma demirəm ki, sabahları hər hansı bir problemin olarsa, məhz gedib bunlara müraciət edəcəm. Təbii ki, həmin zaman deyəcəm ki, peşəkar psixoloq lazımdır. İnsan beynini dərin bilən bir psixoloq lazımdır. Diqqət edin ki, bu gün yeniyetmələr emosiya ilə addım atırlar. Bəzən olur ki, onların ağılı qalır kənarda, emosiyalarla hərəkət edirlər. Hətta, 50-55 yaşdan sonra birdən-birə aşiq olma, ikinci baharını yaşayan insanlar da var. Yeganə ölkəyik ki, sevgilimizi arvadımızdan çox qısqanırıq. Bu durumda təbii ki, peşəkar psixoloqlara üz tutulmalıdır”.

0.01746392250061