Həsrət görüşü

Həsrət görüşü
 

O gün, tarixi bir gündü...
Biz görüşdük 36 ildən sonra.
Həsrətin qovuşduğu bir gündü,
Biz görüşdük ,36 ildən sonra.

Nəşə dolu o illərdən xəbər vardı,
Sevinc dolu o günlərdən xəbər vardı,
Baxışlarda gizli həsrət, çöhrələrdə gülüş vardı,
Görüşdük gəncliyimizlə...
36 ildən sonra.

Bir dənizdik..səssiz axan çay olmuşduq,
Şəlaləydik...sısqa bir bulaq olmuşduq,
Biz bu günü gözləməkdən yorulmusduq,
Görüşdük bir-birimizlə...
36 ildən sonra.

Aşıq sazın çox yanıqlı çaldı o gün,
Babək muğam dünyasını aşdı o gün,
Qanad taxıb səmalara uçduq o gün,
Görüşdük ümman dənizlə...
36 ildən sonra.

Könül sazım həzin-həzin nəğmə çaldı,
"Sarı simə"düşdü,
məni-məndən aldı,
Həyəcandan dilim susdu, qələm yazdı,
Yazdı könlümün gözüylə ...
36 ildən sonra.

SEVİNC

"Paralel.az"

0.013100147247314