Həftənin ilk iş günündə “Açıq mikrofon” aksiyası Balakəndə keçirildi
Ölkə ərazisində abonentlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli və vətəndaşları maraqlandıran məsələlərin aydınlaşdırılması məqsədilə keçirilən “Səyyar qəbul otağı” Balakən rayon sakinlərinin ixtiyarında olub. Aksiyada ümumilikdə 20 müraciət ünvanlanıb.
"Paralel.az" xəbər verir ki, bunlardan 2-si qapı keçidinin quraşdırılması, 11-i fərdi yaşayış evinin qazlaşdırılması, 2-si küçə qaz xəttinin çəkilişi və qalan 4-ü isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə bağlı olub.
Görüşdə səsləndirilən hər bir müraciət Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavablandırıldıqdan sonra qeydə alınıb.