ABŞ-da “Çin Yeni ili” festivalında atışma zamanı azı 10 nəfər ölüb

ABŞ-da “Çin Yeni ili” festivalında atışma zamanı azı 10 nəfər ölüb
 

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində keçirilən “Çin Yeni ili” festivalında naməlum şəxsin atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.

Paralel.az xarici KİV-lərə istinadla xəbər verir ki, əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub, istintaq başlayıb.

Hadisənin təfərrüatları məlum deyil.

0.012126922607422