"Park Qusar"da yanğında ölən dörd nəfərin şəxsiyyəti müəyyənləşib

 

Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzinin ərazisindəki kottecdə baş verən yanğın nəticəsində ölən şəxslərin şəxsiyyəti müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində Emin Babayev, Zülfiyyə Babayeva, Rauf Babayev və Rüstəm Dadaşov dünyasını dəyişib.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı kotteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

 

0.016190052032471