20 Yanvar Şəhidı Mehman həsənov - Real hekayə

20 Yanvar Şəhidı Mehman həsənov - Real hekayə
 


 
       Samayə xanımın soyadını unutmuşdum,Onun şəhid oğlu Mehman haqda yazmağı düşünürdüm,amma çox aciz idim onlar haqda məlumat necə əldə edəcəyimi bilmirdim. Xanımın soyadını öyrənmək üçün,əvvəlcə Şıxəli Qurbanov adına Musiqili Komediya teatrına telefon zəngi etdim.Telefonda məni dinləyən gənc qıza hansı səbəbdən müraciət etməyimi bildirdim.Gənc qızdan aldığım cavab məni şox sarsıtdı.Aldığım bu cavab məni yerləyeksan etdi.Gənc qız Səmayə xanım adlı aktrisa haqqında yalnız bunları söylədi:
       -“Tanımırıq”.Şəhid anası olmaqla yanaşı respublikanın Əməkdar aktrisasını illərlə işlədiyi kollektivdə tanıyan yox idi. Özüm-özünə söz vermişdim Səmayə xanımın söyadını hökmən tapmalıyam. Aldığım cavablar ağrılı ürəyimi paramparça edirdi. Bir gün təsadüf nəticəsində Səmayə xanımın soyadını öyrəndim, Musayeva.
    19 yanvar 1990-ci il "Qanli şənbə" gecəsi. Kasıb təbəqənin i nsanları yenə bir yerə,bir məkana toplanmışdılar. Bu insanlar”AZADLIQ” deyə-deyə azadlığa qovuşmaq istəyirdilər.Bir azdan qan gölünə çevriləcək bu meydanda,yüksək təbəqəyə mənsub olan bir insan yox di..Bu meydana toplaşan kasıb təbəqənin insanlarının yalnız bir amalı var idi, Azərbaycanı müstəqil g örmək.
   Havadan sanki qan iyi gəlirdi,insanlar biri-birinin gözlərinə baxmağa cəsarət etmirdilər.Artiq başa düşürdlər ki, onları böyük fəlakət gözləyir,amma heç bir insan bu meydanı tərk edib öz evinə getməyi düşümürdlər.Onlar hər gecə olduğu kimi bu gecəni də sübhə kimi bir yerdə keçirməyə qərar vermişdilər.Hardan biləydilər ki,bu gecə onların bir yerdə keçirəcəkləri son gecədir.Qəlbi vətəni üçün, döyünən gənclərdən biri idi Mehman Həsənov.Mehman ailənin yeganə övladıydı, ansı Səmayə xanım onu min bir əziyyətlə böyütmüşdü.Kim idi Səmayə xanım?
    Səmayə xanim bizlərə gülüş bəxş edən,lakin öz taleyi acılara dolu olan insanlardan biri idi. Gündüzləri insanlara gülüş bəxş edən,gecələri yastığını göz yaşlarıyla isladan qadınlardandı.O 1944-cü ildə Qax rayonunda dünya gəlmişdi.Olduqca kasıb ailələri var idi,anası onu və digər üç qardaşını böyütməkdə çox şətinlık şəkirdı.Çıxış yolunu gənc qızı Səmayəni varlı bir insana ərə verməkdə görür.Günlərin birində şirin dilə aldanan ana yaşlı bir kişiylə evə gəlir və üzünü qızına tutaraq:
    -Səni,bu kişiyə ərə verirəm bitib tükənməyən var-dövlətini sən və qardaşların üçün xərcləyəcək,sənin sayəndə biz də bir gün görəcəyik.Biçarə Səmayə:
        -Ana,bu kişi mənim atam yaşındadır,mənim nə yaşım var?mən bununla necə ailə həyatı qurum?- söyləyir.
   Amma ana qızını dinləmir ki,dinləmir,on yeddi yaşlı qızını özündən iyirmi yaş böyük kişiyə nışansız,toysuz ərə verir. Səmayənin on səkkiz yaşı olarkən VVAQ şöbəsində qeydiyatdan keçərkən rəisin ona söylədikləri:
         -Bu kişidən sənə ər olmaz ,bıcarə Səmayə kimi idi ki,bu qərarı qəbul etməyə,qanunu yazanda onu pozmağa qadir olanda ana idi.Bir-iki aydan sonra ananın arzuladığı arzuları xəyala çevrilərək ürəyində qalır.Yaşlı kişi sığıntı kimi onların evində yaşamağa başlayır.Artıq Sərmayə ana idi, oğul övladı dünyaya gəlmişdi.Kişi bir dəfə olsun belə övladının qayğısına qalmır.Sonda bu əzablara dözməyən Səmayə kişidən ayrılmağa qərar verir.Və cəsarət toplayaraq tanrı tərəfindən ona “ərmağan”edilən övladı Mehmanı qucağına alaraq ata evini tərk edir.Cəsarətlənən Səmayə Bakıya gəlir və sənədlərini Ali məktəbə təqdim edir. Müvəfəqiyyətlə imtahan verib Azərbaycan İncəsənət İnistutunun "Musiqili-komediya aktyorluğu"fakultəsinə qəbul olur. Ali məktəbə daxil olan Səmayə az yaşl övladı evdə tək qalmasın deyə onu gecə-gündüz saxlanılan uşaq baxçasına,sonra isə 8 saylı musiqi təmayüllü internat-məktəbinə verir.

İnistutu bitirən Səmayə Azərbaycan Musiqili Komediya teatrında aktrisa kimi fəaliyyətə başlayır.Korifey sənətkarlarla bir səhnəni paylaşmaq ona çox xoş gəlir.İşləməyə başladıqdan sonra ana oğlunu internatdan ayirmaq isyəyir amma Mehmah etiraz edir:
  - Ana bura öyrəşmişəm onuncu sinifi burada bitirmək istəyirəm.Onlar ana və övlad tez-tez görüşərdilər.Onun aktrisa olmağına heç bir insan maneçilik törətmir.İkinci dəfə ailə həyatı qurmağ haqqında heç bir zaman düşünmür.Çünkü o öz səadətini gözəl rollarını oynamaqla və bu rolları tamaşaçılara sevdirmək də tapmışdı.Yəni o,öz taleyindən çox razıydl.Ömrünü oğluna bir də,böyük səhnəyə qurban vermişdi.
             Oğlu artiq böyümüş orta məktəbi bitirdikdən sonra Murmansk vilayətində hərbi xidməti başa vurub vətənə qayıtmışdı. Mehman tarda “Azad bir quşdüm” mahısını tarda ifa etməyi çox sevərdi.O tarda çalar ana bu ifanı sevə-sevə dinlərdi. O çox sakit təbiətə malik bir insan idi, anasının bir sözünü heç bir zaman iki etməzdl.Anası nə desə onunla razılaşardı.
          Bütün analar kimi onun da bir arzusu var idi,oğlunu xöşbəxt görmək,oğlunun toyunda ürəyi istədiyi kimi oynamaq.Xoşladığı ən gözəl qızı evində gəlin görmək, bütün analar kimi o da nəvə sahibi olmaq istəyirdi.Bəzən gözlərini yumar ürəyindən keçənləri gözləri önündə canlandırar gəlini nəvələri ilə bir anlıq xöşbıəxt firavan vaxt keçirərdi.Biçarə ana nə biləydi ki,bu arzuları xəyal olacaq,heç bir zaman xəyalları həqiqətə çevrilməyəcək.
         Mehman Tikinti Materialları Sənayesi Nazirliyinin məlumat hesablama mərkəzində mühafizəçi işləməklə yanaşı idarənin maşınını sürürdü.Bu yaraşıqlı oğlanın həyat yoldaşı olmağı yüzlərcə qiz ürəyindən keçirirdi,amma o da həmyaşıdları kimi vətənini qorumağı düşünürdü,növbədə olmadığı gecələri meydançaya toplaşan insanların yanında keçirərdi.Yanvarın ondoquzu axşam evdən çıxanda anası ona çox yalvarir:
      -Oğul,getmə səhər işdən gəlibsən,yat dincəl,sabah gedərsən amma o anasına deyil üzünü nənəsinə tutaraq:
     -İşdən çağırıblar,hökmən işdə olmaliyam söyləyir.Axı,siz nə üçün,qorxursunuz? taleyimdə bu gecə ölüm varsa vətən yolunda ölməyi özüm üçün, şərəfli ölüm sanaram.Siz məni burada,bu otaqda saxlaya bilməzsiniz,mənim yerim oradır,yəni meydan,sadə insanların yanı.Mən getməyim,o getməsin,bəs kim getsin,kim!!!!???? Biz vətənimiz azad olsun deyə 1988-ci ildən o meydana toplaşırıq. Bu gün yurdundan-yuvasından didərgin salınmış insanlarının haqqını tələb etmək üçün ordayıq.Gələcək nəsil sağlam,firavan yaşasın deyə vətənimizin süverenliyi,azadlığı uğrunda mübarizə aparmalıyıq. Unutmayın artiq qorxaq gənclər yoxdur qarşınızda,biz vətən uğrunda ölümə hazır olan gənclərik. BNə zamana kimi neftimizə,qazımıza,milli sərvətlərimizə ruslar sahiblənəcək.Mən getdim gecəniz xeyrə qalsın,O son sözünü söyləyir və otaği tərk edir. Biçarə ananın ürəyi dözmür oğlunun arxasınca çıxır, amma oğlunu heç bir yerdə tapmayır.Ana evi tərk etdikdən sonra, oğlu evə dönür və ananı evdə görmür,üzünü nənəsinə tutaraq:
    -Nənə anam hanı,hara getdi? Nənə:
     -Bala,ana ürəyi hər zaman çox narahat olur,o səni,oğlunu axtarmağa getdi.Nənəsindən bu sözləri eşidən Mehman:

-Nənə,onu nə üçün buraxdın o,məni insanların arasından necə tapa bilər,orada həmən meydanda minlərcə insan vardır.Çöldə vəziyyət olduqca çətin və qorxuludur nənə,bilınməyir oradakı insanları nələr gözləyir.Oğulun ürəyi anası üçün, çox narahat olur və otağı tərk edərək anasını axtarmağa gedir.Mehman maşınına əyləşir mühərriki işə salır ana balasını axtardığı kimi, oğul da anasını axtarmağa gedir.Bir az getdikdən sonra qulağına atəş səsləri gəlir,başını geri çevrir və insanların yerə yıxıldığını görən Mehman tez maşını saxlayır yerə yıxılan insanları xilas etmək üçün,maşından enir.O yalın əllə yaralı insanları meydandan xilas edir.Sonda yaxşını,pisdən ayırmağı bacarmayan güllə onun özünə dəyir,yaralı Mehman sonuncu dəfə:
     - Bağışla məni ana, sənə qovuşa bilmədim.Yolumu düşmənin güllə-boranı kəsdi.Axı biz bir-birimizə söz vermişdik,sonsuza qədər birlikdə yaşayacaqdıq.Amma zalım düşmən bizə oyun oynadı.Biz-ayırmağı bacaran yalnız o oldu.Mənsiz necə dözəcəksən onu bilmirəm.Gözlırilə ətrafını axtaran Mehman: - Əlvida mənim fədakar, anam hardasan? Səni arxanca gəldim amma səni sonsuzliğadək tənha buraxdım söyləyərək gözlərini yumur.Atışma zamanı ana XI Qızıl Ordu meydanında idi,biçarə ana orada qip-qirmıza qana boyanan həmən meydanda oğlunu axtarırdl.Bişarə ana yeganə oğlunun ürəyini namərd gülləsinin susdurduğundan bixəbər idi. Artiq meydan Kərbubəla çölünə bənzəyirdi,hər yer qirmizi qana boyanmışdı.Mənfur Sovet ordusu Bakını qan gölünə çevirmişdi.Əliyalın insanların üzərinə tanklarla hücüm edir,qanı su yerinə axıdırdılar.
           Həmən gün Televeziya studiyasının əsas bloku partladıldığı üçün, Azərbaycan xalqı bütün baş verənlərdən xəbərsiz idilər.Qala-Binə istiqamətindən şəhərə istiqamət alan rus ordusunun mənfur əsgərləri bir gecədə Bakını atəşə tutdular.Uşaq,böyük,qadın,dinc əhali ,hamısın güllə-borana tutdular.Biçarə ana soyuq havada sübhədək hər bir yerdə oğlunu axtarır,amma onu nə ölülər arasında,nə dirilər arasında tapmır.
      Ana oğlunu qanlı küçələrdə, xəstəaxanalrda axtarır tapmadığı üçün az qalır dəli olsun. Sonda yanvarın 21-də oğlunun yaraşıqlı cəsədini tapmaq üçün ana meyidxanaya gəlir.Ana meyidxanada oğlunu axtarmağa cürət edə bilmir.Sonda özünü əla almağı bacaran ana cəsədlər arasında oğlunu axtarmaqla başlayır.O yaraşıqlı oğlunun cəsədini çox axtarmır,çünkü oğlunun gözəl çöhrəsin görən kimi tanıyır.Ana bir anliq susur,sanki qəlbi dayanır,sonda özünə zorla gələn ana:
        -Oğull, Mehman, səni dünyaya gətirdikdən sonra mən bu həyata daha möhkəm bağlandım.Sən ömrümə şəfəq saçan günəşə bənzəyirdın.Bu həyata göz açdiğim gündən üzüm heç gülmədii,sən mənim gülən üzüm,sevincim-nəşəm idin.Mən səni bu gün üçünmü dünyaya gətirdim? Səni gənc yaşımda tapib, elə gənc yaşımda da itirdim.Allah belə zülümmü olar dünyaya yalnız bir övlad gətir, onuda namərdlər sənin əlindən zorla alsınlar söyləyən ananın sinəsi sanki od tutub yanırdı.
    -Allahım,sən söylə nədir mənim günahım!!!!?,məni nə üçün, bu qədər əzablara imtahan edirsən söyləyərək özünü oğlunun buz kəsmiş cəsədinin üstünə atır,qalx oğul,qalx gedək evimizə!!belə yatış sənə yaraşmır,səni belə görməyə alışıq deyiləm!!!
 - Bu dünyaya qonaq olan, oğul,axı sənin anana müqəddəs borcun vardi,ananı məzara oğul təhvil verər,bəs mənı çiyinlərində hansı oğul aparacaq,qəbrimə torpağı kim atacaq,kim?Kim səni əvəz edəcək,vəfasız olma, oğul qalx gedək evimizə,sənsiz mən necə nəfəs alacam,necəəə?   

Ey insanlar!!, illərdir ki, mən sizlərə gülüş bəxş edirəm,çünkü komediya aktirisasıyam,amma bu gün varım yoxum,son ümüdüm olan oğlum Mehmanın timsalında bütün şəhidlər üçün ağı söyləyirəm:
  -Mən dünyaya oğull gətirmişdim,o mənim gələcəyim idi.Mən onu hər zülümə qatlaşarsaq bu yaşa gətirdim.Ata qayğısından uzaq tək-tənha böyütdüm.Hər gün milli metirlə böyüməsini seyr etdim.O böyüdükcə dünyalar mənim idi.Qucağıma sığmayanda onun ağırlığını əzab deyil xoş duyğu sanırdim.Amma bu gün o, oğul yoxduuuur.!!! Baxın hamınız diqqətlə baxın,, mənim arxamı,dayağımı son ümüdüm olan oğlumu mənim əlimdən zülmlə aldılar.Bilirdim ki, məni sonsuzadək yaşadan oğlum var,amma bu gün qarşımda mənə tənha qadın adını hədiyyə ediərək, bu həyatdan həmişəlik köç edən yeganə övladımın cansız cəsədi var.Dağıl ey dünya,dağıl harada görünüb belə zülüm,belə sitəm???
         Bakıda bir əyləncə mərkəzi var idi adı da “Dağüstü Park”. Vaxtilə Cəmbərəkənd adlanan bu ərazıdə ermənilərin 1918-ci ilin martında Bakıda törətdikləri soyqırım qurbanları dəfn edilmışdı.22 yanvar 1990-ci il böyük izdıhamın müşayəti ilə Səmayə xanım övladı ilə birlıkdə yüzlərlə şəhid övladlar həmən ərazıdə salınan ”Şəhidlər Xiyabanın”da dəfn edildilər.
   Oğul ayrılığı hami kimi Səmayə xanımı da çox üzür.Günlərini oğlunun məzarı başında keçirir,biçarə ana alışa bilmir oğul itgisinə.Zaman hər dərda dərman olduğu kimi uzun illərdən sonra ana da bu ölümün gerçək olduğuna inanır.
     1976-cı ildən Musiqili Komediya teatrında aktirisa kimi fəlaiyyətə başlayan Səmayə xanım şəhid oğlunun ölmündən on il sonra yəni 2020-ci ildə Uluöndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublıkasının Əməkdar artisti” adına layiq görülür
     Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra Şəhid Mehman Həsənova "20 Yanvar Şəhidi" fəxri adı və "Azərbaycan Respublikadının Azadlığı Uğrunda mübariz" adı verilmişdi.
Yazını qələmə aldı Natəvan Məlikova.   

Paralel.az

0.072814226150513