“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir
 

"Paralel.az" xəbər verir ki, növbəti həftə (23-24.01.2023 və 26-27.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin

1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi),

2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı),

4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi),

5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.012037992477417