Tarif Şurasına yeni səlahiyyət verilib
Tarif Şurası torpaq sahəsi ilə bağlı xidmətlərə görə xidmət haqqının məbləğini müəyyənləşdirəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əlyevin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb
Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.