Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketi üzərində işləyir
Avropa Birliyi ölkələri Rusiyaya qarşı gələn ay qüvvəyə minəcək 10-cu sanksiyalar paketi üzərində işləyir.
APA-nın xəbərinə görə, bu barədə Reuters diplomatik mənbələrə istinadla məlumat verib.
Sanksiyalarda Moskva ilə nüvə yanacağı üzrə əməkdaşlığı məhdudlaşdırmaq, Rusiyanın almaz idxalına qadağa qoymaq və Kremlin müttəfiqi Belarusla ticarəti kəsmək nəzərdə tutulur.
Üç ölkənin yüksək rütbəli diplomatları bildiriblər ki, sanksiyaların növbəti mərhələsi Rusiyanın fevralın 24-də Ukraynaya hücumunun ildönümünə qədər hazır olmalıdır.