Əhalisinin sayına görə Hindistan dünyada birinci yerə çıxıb - Çini qabaqlayıb
Hindistan Çini ötərək, dünyanın ən çox məskunlaşmış ölkəsi olub - hazırkı anda orada 1 milyard 428 milyon insan yaşayır. Bunu World Population Review portalının məlumatı göstərir.
Çinin Milli statistika bürosu bu ərəfədə son 60 ildə ilk dəfə olaraq, ölkə əhalisinin 1 milyona qədər azaldığını qeydə alıb. Ekspertlər hesab edirlər ki, Çin «mənfi demoqrafik dövrə» daxil olub ki, bu barədə alimlər çoxdan xəbərdarlıq edirdilər.
Əhalinin sayına görə üçüncü yerdə Birləşmiş Ştatlar gəlir. Hazırda orada 339 milyondan artıq insan yaşayır. Ştatlardan sonra İndoneziya (275 milyon), Pakistan (236) milyon, Nigeriya (219 milyon), Braziliya (215 milyon), Banqladeş (171 milyon), Rusiya (146 milyon), Meksika (127 milyon), Yaponiya (123 milyon), Efiopiya (124 milyon) və Misir (111 milyon) gəlir.
2022-ci ilin noyabrında Yerin əhalisi 8 milyarda çatıb. Bu, ümumi miqdar planet əhalisinin 2015-ci ildəki sayını azacıq üstələyir.
Yer əhalisinin sayı dəqiqədə 140 adam artır, üstəlik də ölkələrin əksəriyyətində doğum hallarının sayı ölümlərin sayını üstələyir.
Ümmilikdə isə əhalinin artım ahəngi bir neçə onillikdir ki, yavaşıyır. Bu yavaşımanın davam edəcəyi gözlənilir.