Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib
 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Medvedev bildirib ki, adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər.

"Yanvarın 20-də ABŞ-ın Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq. Onlar Kiyevə yeni silah tədarükü məsələsini həll edəcəklər", - deyə rusiyalı siyasətçi “Telegram” kanalında yazıb.

Medvedevin sözlərinə görə, nüvə dövlətləri talelərinin asılı olduğu böyük münaqişələri uduzmayıblar.

0.027153968811035