"Azərbaycanla Ermənistan arasında konstruktiv dialoqun bərpasını istəyirik" - Ağ Ev
“Biz Ermənistanla Azərbaycan arasında konstruktiv dialoqun bərpa olunmasını istəyirik”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, ABŞ əvvəllər olduğu kimi, indi də üçtərəfli formatı davam etdirməyə hazırdır: “ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker təqaüdə çıxıb. Amma Dövlət Departamentində prosesdə dərindən iştirak edən insanlar var. Onlardan biri də dövlət katibi Entoni Blinkenin özüdür”.