Prezident helikopter qəzası ilə bağlı Ukrayna prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
“Brovari şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən dərin kədərləndik”, – mesajda deyilir.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, – mətubda deyilir.
Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Ukraynada daxili işlər naziri, onun müavini, Ukraynanın dövlət katibi və digər şəxslər helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.