Unudula bilərik

Unudula bilərik
 

Məcazdan uzaq...

Bu məmləkətdən dünyada yoxdur. Bunu məcazdan uzaq deyirəm. Birbaşa mənada. Çünki doğrudan da bizim məmləkətdən dünyada yoxdur - həm mənfisi, həm müsbətindən.

Mənfiliklərdən danışsaq,  buna günlərlə vaxt gərəkdir. Amma vaxtın özü çox gərəklidir axı. Problem səviyyəsindən çıxaraq həyat tərzinə çevrilən mənfilikləri aradan qaldıran, həll edən nədir, heç ona baxan, nəzər yetirən yoxdur. Nəzər yoxdursa, nəzarətdən danışmağına da dəyməz.

Dəymişi dura-dura”,  kalından bəhs etməyə hacət?! Elə belə olduğu üçün həyat tərzimizin anına, dəqiqə hər vaxtına hopmuş mənfiliklərdən danışmaqdan, yazmaqdan da usanmaq olarmış. Bunu da missiyamızın maarifçilik olduğuna artıq şübhə baxışının formalaşmasında günahkar olanların menyusuna yazaq. Hər halda, “hesabın onlarlıq olduğu məqamın da gələcəyi zaman var. bunu görmək üçün yaşamaq məqsədi ...

Küçəmiztoy-bayramı çoxdan yadırğasa da...

Əhalimiz gündəlik, aylıq, illik problemlərini deməyə ünvan axtarsa da...

Gecə yatıb səhərinin dünənkindən dahafərqliolduğuna məəttəl qalsalar da...

İstənilən vaxtda, məqamda cəmiyyətdən  icazəsiz onabahalı həyatyaşadanların, bahalıq gündəmi yaradanların cavabdehliyi soruşulmasa da...

Sadədən-mürəkkəbə, ibtidaidən-aliyə,  bir sözlə, aşağıdan-yuxarıya qədər, hər var, göründüyü kimi olmasa, yaxud olduğu kimi görünməsə ...

Mövlanənin sözləri yadıma düşür, amma hansının olduğunu deməyəcəyəm, maraqlanan axtarıb tapsın, maariflənmək istəyən bir kitabın qatını açsın...

Gələcək dediyimiz naməlum, zamanı bilinməyən vaxt məfhumunun kürəyinə yükləmişik həllolunmazları, çoxillikləri. yazıq - bizə , gözlənilənə ...

Bura qədəri ola bilsin, dilemmadır. Qarşıdan isə yenə fövqəladə tarixlər gəlir.

O tarixlərin yaddaşı qanla yazıldığı üçün yarasına qaysaq ola, onu sarıya bilmirik. Adı yanvar, özündə, bu sözdə, mahiyyətində yanmaq, yanmaq, əbədilik yanmaq var...

Özü neçə onillikdir, tarixi, vaxtı, il dönümü dəyişir, amma mahiyyətinə hopanın izi solmur. Bizə, qandan yoğrulan yaddaşımıza əbədilik möhür vurulan bir tarixdən danışıram. Halbuki məsuliyyətinə güvənərək pilləkənin yuxarısına qoyulanların əksəri buna yalnız sıradan bir təqvim hadisəsi kimi yanaşaraq, 20 Yanvar günü hansısa tədbirlərin olacağını, keçirəcəklərini deyirlər...

 Bu tarixi qanıyla yazanların da bizim hər birimiz kimi yaşamaq, bu günləri görmək haqqı varıydı. Fəqət o haqqı itirənlər var, yazıq...

Çox da yaşlı, gənc, yeniyetmə deyil, azyaşlı bir uşaq isə valideynindən hər il Xiyabana getməyi xahiş edir. Baxmayaraq ki, təkcə soyuq 20 Yanvar tarixindən savayı, yayın qızmarında da Şəhidlər Xiyabanını ziyarət edir...

O uşaqdan öyrənməli az deyil, çox deyil, hər şey var...

 Ondan öyrənməli olanlardan, haqqa girənlərdən bəhs etdim az əvvəl. Balaca bir uşağın ürəyi qədər olmayanlardan, əlbət.

Haqqında çox danışmayacağam 20 Yanvar Gününə ümummilli hüzn günü kimi deyil, “işdən bir gün istirahət etmək, evdə qalmaq girəvəsikimi baxanlardan. Onlar çox olmasa da, dedikləri sözün, etdikləri əməlin günahı böyükdür...

Bəlkə ildə bir dəfə haqqında daha geniş danışıldığına, ildönümündə anıldığına, müxtəlif sektorlu tədbirlər keçirildiyinə görədir məsələnin, daha doğrusu, problemin mahiyyəti.

Bəlkə istənilən hər məqamda, zamanda anılsa, konkretləşdirsək, vaxtaşırı ondan sitatlar gətirib qan yaddaşımızı təzələsək, belə olmazdı. Sayğı, hörmət, eyni zamanda, təbliğat təkcə ildə bir dəfə yada salmaqla olmur ki.

...Sıralanan ayların növbətisi fevral, daha sonra mart olacaq. Xocalı soyqırımının acısı mart soyqırımına məruz qalanların faciəsinə qarışacaq. 26 fevral 31 martdan əvvəl gələcək...

olsun ki faciənin biri əsrin əvvəllərində, digərisə sonlarında baş verib?

Bugünümüz üçün həyatını faciəylə itirənləri, dünənimizi qanıyla yazanları görəsən, nədən ildə bir dəfə yada salmalıyıq?

İlhesabı desək, apreldən öncə may imiş...

o tarixi yazanları da təqvimin hər günündə, ayında deyil, ildə bir dəfə yada salırıq, zatən.

Yuxarıda demişdim, bizdən dünyada yoxdur. Dünyamızı quranları, bizim üçün yananları  bircə dəfə yada salmaqla birillik unuduruqsa, biryolluq unudula bilərik. Məcazdan uzaq, birbaşa anlamda...

 

Nigar Orucova

0.022854804992676