İnternet əsrində telefonsuz qalanlar...
Ölkə sakinlərinin sosial problemləri kifayət qədərdir. Bu sırada növbəti problem Gədəbəy rayonunda yaşanır. Belə ki, rayonun Kəsəmən kənd sakinləri internet əsrində rabitə problemindən əziyyət çəkirlər.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov kənd sakinlərinin üzləşdiyi çətinlikdən bəhs edib: “Biz məcburiyyət qarşısında qaldığımız üçün sizə müraciət etmək qərarına gəldik.
Biz Gədəbəy rayonun Kəsəmən kəndində yaşayırıq. Kənddə vaxtilə stasionar telefon xətti olub və istifadə də etmişik. Hal-hazırda çox acınacaqlı vəziyyətdə qalmışıq. Biz kənd sakinləri bilmirik ki nə edək. Çünki kənddə rabitə ümumiyyətlə, yoxdur və üstəlik heç bir mobil operator şəbəkəsindən də istifadə etmək mümkün deyil. Çünki mobil rabitə tamamilə yoxdur. Yəni bizim kənddə nə Baksel, nə Azərsel, nə də ki Nar mobil operatorları işləmir. Evlərimizdən 300 metr aralı olan, Ağbaşlar adlanan körpü var. Həmin körpüyə dönən yol çox sərt və təhlükəli döngə olduğu üçün həmişə avto qəzalar baş verir. Qəza baş verən zaman xəstələr kənd camaatının köməyi ilə xəstəxanalara çatdırılır, çünki təcili tibbi yardıma zəng etmək mümkün deyil. Bununla əlaqədar olaraq 25 ildən çoxdur ki, telefon xətti çəkdirmək üçün Gədəbəy rayonunda yerləşən ATS-ə və müvafiq nazirliyə müraciət etmişik. Müraciət də nazirlik tərəfindən ATS-ə göndərilir. ATS-in rəhbərliyi isə həmin vaxtdan müxtəlif bəhanələrlə bizi yola verib, hər dəfə ATS-ə gedəndə gələn il telefon xətti çəkiləcək, narahat olmayın, deməklə kifayətlənirlər. ATS-in rəhbərliyinin bizə cavabı belə olub ki, onsuz da hara şikayət etsəniz,ərizəni mənə göndərəcəklər.
Biz sakinlər başa düşmürük ki,biz kimdən şikayət ediriksə,həmin ərizəni də ona göndərirlər.Belə olan halda, əlbəttə, şikayətimiz nəticəsiz qalacaq.
Cənab Prezident ölkədə elektron sahənin, internetin və rabitənin inkişafına xüsusi diqqət yetirir, dövlət və özəl sahədə elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün mütəmadi fərman və sərəncamlar verir, dövlət büdcəsindən bu sahənin inkişafına kifayət qədər maliyyə ayrılmasını təmin edir. Lakin bu fərman və sərəncamlara Gədəbəy rayonunun məsul şəxsləri riayət etmirlər. 21-ci əsrdə, Azərbaycanın ən ucqar dağ rayonlarında yüksək sürətli internetin olduğu bir zamanda Gədəbəy rayonun Kəsəmən kəndi rayona yaxın olsa da telefon, internet xətti və mobil operator yoxdur.
Cənab Prezidentin həyata keçirdiyi siyasətə və gördüyü işlərə öz əməlləri ilə kölgə salan özünü əvəzedilməz səlahiyyət sahibi hesab edən ATS-in rəhbəri və onun kimi şəxslərin yarıtmaz fəaliyyətidir.Dəfələrlə müraciət etdiyimizə baxmayaraq müraciətlərimiz nəticəsiz qalır. Kənddə mobil telefonlardan istifadə etmək olmur.Telefonla danışmaq üçün kəndin kənarına çıxmaq lazımdır. Sizdən xahiş edirəm, həmin kəndə telefon və internet xəttinin çəkilməməsi səbəbini, günahkarların araşdırılıb üzə çıxarılması və kənddə telefon xəttinin çəkilməsi və mobil operator stansiyasının yerləşdirilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırasınız. Eləcə də bu müraciəti KİV-lərə verəsiniz ki, cəmiyyət görsün ki, rabitə sahəsində verilən hesabatlar hec də obyektiv deyil.
İmza:
1.Namazova Kifayət İsrayıl mob 055 467 85 25
2.Bayramov Hüseyn Mehdi mob 055 483 89 99
3.Namazov Əli Firudin mob 070 289 29 21
4.Namazov Kəmaləddin Bəkir mob 050 477 37 11
5 Namazova İmmi Qasım 98 yaş
6.Namazova Elman Sahib mob 050 455 25 77
7.Bəkrli Kənan Kəmaləddin mob 070 727 05 02
8.Namazov Sahib Quba mob 050 345 76 20
9.Əsgərova Rahilə İbrahim mob 050 523 99 78
10.Namazov Elşən Bəxtiyar mob 070 730 62 72
11.Bayramov Mahir Hüseyn mob 077 719 37 00
12.Hacıyeva Kəmalə Adışirin mob 055 483 89 89”.
Nigar