Məgər polis əməkdaşları üçün xüsusi imtiyazlar var?

Məgər polis əməkdaşları üçün xüsusi imtiyazlar var?
 

Çingiz Şahbazi:

Bir neçə gün öncə, Xudat şəhərində, Nabran istiqamətində, Azərbaycan Dövlət Yol Polisinə aid avtomobillə, polis əməkdaşı və yaxud əməkdaşları, bir nəfər Xudat şəhər sakinini vurublar və adam ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə hansısa market və yaxud da dükanın təhlükəsizlik kameraları vasitəsilə kayda alınıb və sosial şəbəkələrdə paylaşılıb. Bu kayddakı görüntülərdə, DYP əməkdaşlarının idarə etdiyi xidməti avtomobil sürətlə gələrək, Xudat şəhər sakini olan piyadanı vuraraq önə doğru metrələrlə tullayır və piyada aldığı xəsarətdən yerindəcə hərəkətsiz qalır və sairə. Bütün bunlar hər kəsin başına gələ bilər. Heç kim belə bədbəxt hadisələrdən sığortalanmayıb. O cümlədən polis əməkdaşları da belə hadisələrin iştirakçısı ola bilər. Amma, məsələ burasındadır ki, bu görüntüləri sosial şəbəkələrdə paylaşanlar, sonradan polis əməkdaşları tərəfindən təqibə məruz qalıblar.

Maraqlıdır, görəsən niyə bunu edirlər? Polis əməkdaşı cinayət törədə bilməz məgər? Və yaxud cinayətə cəlb oluna bilməzlərmi? Bəlkə cinayət məcəlləsində polis əməkdaşları üçün xüsusi imtiyazlar var? Azərbaycan respublikası cinayət məcəlləsi hər kəsə şamil edilmirmi?

"Paralel.az"

0.028811931610107