Masallıda keçirilən "Açıq mikrofon" aksiyasında sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini səsləndirdi - FOTO

Masallıda keçirilən
 

 

"Masallıda fəaliyyət göstərən sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərin qeydə alınması məqsədilə "Açıq mikrofon" sizlərin ixtiyarına verilir." Bunu Lənkəran RQİİ-nin rəis müavini Seyran Şahverdiyev Masallı rayonunda qurulan "Səyyar qəbul otağı"nda bildirib.
"Paralel.az" xəbər verir ki, aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər.
"Açıq mikrofon" aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb.

Sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş etməklə yanaşı, həm də onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

0.01806902885437