Sahibkarlarla növbəti görüş Masallı rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Masallı rayonunda keçiriləcək
 

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.01261305809021