"Aktyor olmağıma peşmanam": Qurban İsmayılov

 

“Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən də küsüb getmişəm”.

Paralel.az xəbər verir ki, bu sözləri Xalq artisti Qurban İsmayılov "Düzünə qalsa" proqramında deyib. Aktyor əlavə edib:

"Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı oldu. Hələ uşaq vaxtı bibim həyətdə iş görəndə dərin quyuya da düşmüşəm. Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də...Çıxdım teatrdan, dedim alver eləmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, onu al gətir. O da qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Sən demə, bileti başqa qatara almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, uşaq corabları aldım o pula ki, satım. Heç o da satılmadı. Bu həyatda ən çox əlacsızlıqdan qorxuram. Pis şeydir. Kiməsə ağız açmaq olar, ayıb deyil ki... Amma bir də var ki, əlacsızsan. Ağız açmağa da adam yoxdur. Hər yerdən ümidin qırılıb, çox pis şeydir bu! Yaşlanmaq, əslində müdriklikdir. Hər şeyi anlamaq... Çox vaxt baxıram, nəsə qorxuram. Özüm də yaşlanmağa yaxınlaşıram... Bizim yaşda olan insanlar elə şeylər danışırlar qorxuram. Belə çox yaşlı görünə bilərəm, amma mənim 62 yaşım var. Məncə hələ çox deyil"

0.024440050125122