Rusiya uzun sürən müharibəyə hazırlaşır - ISW-nin detallı təhlili

Rusiya uzun sürən müharibəyə hazırlaşır - ISW-nin detallı təhlili
 

Rusiya 2023-cü ildə böyük əməliyyatlar planlaşdırarkən uzun sürən hərbi əməliyyatlara hazırlaşaraq, müharibəyə yanaşmasına yenidən baxmağa çalışır. Bu əməliyyatlar uğursuz olsalar belə, Qərb Ukraynaya dəstəyi zəiflətməməlidir.

Qaynarinfo xəbər verir ki, bu, Müharibə Tədqiqat İnstitutunun (ISW) yeni xülasəsində müzakirə olunur.

Hesabat Qərbin diqqətini Ukraynaya maksimum dəstəyin zəruriliyinə yönəltmək üçün Rusiya ordusundan gələn risklərin və təhdidlərin ətraflı təhlilinə həsr olunub.

İnstitutun analitikləri yazır ki, "Rusiya qüvvələri təhlükəli olaraq qalır və Ukrayna […] 2023-cü ildə Rusiyanın hərəkətlərinə düzgün hazırlaşmaq üçün Qərbdən əlavə və vaxtında dəstəyə ehtiyac duyur. Onlar vurğulayırlar ki, Rusiyanın 2023-cü ildəki böyük miqyaslı əməliyyatları uğursuz olsa belə, Qərb müttəfiqləri "uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam etməli olacaqlar” – çünki Kreml uzun sürən müharibəyə hazırlaşır. "Qərb Ukraynanın Rusiyanın işğalını dəf etmək səylərini dəstəkləməyə davam etməlidir və bunu tez bir zamanda etməlidir”, - deyə analitiklər xəbərdarlıq edirlər. İnstitutun analitiklər bildirirlər ki, Rusiya ordusu zəifliyinə baxmayaraq, bu müharibədə hələ də "səsini çıxara bilər” (hadisələrin gedişinə təsir edə bilər) və Rusiya Federasiyası müharibənin ikinci ilində böyük əməliyyatlar üçün zəmin hazırlayır.

Putin işğalçılıq məqsədlərini dəyişməsə də, onun bir neçə yeni, diqqət mərkəzində olan səylərlə Rusiyanın müharibəyə fundamental yanaşmasını dəyişdirdiyinə dair sübutlar var. Bununla da Kreml liderliyi bərpa etməyə və Rusiyanın Ukraynada 11 ay ərzində əsas əməliyyat məqsədlərinin əksəriyyətinə nail ola bilməməsindən sonra Ukraynanın hazırkı əməliyyat uğurlarına son qoymağa çalışır.

ISW analitikləri Kremlin bir sıra hazırlıq addımlarını ("səylərin istiqaməti” – lines of effort, LOE) qeyd edirlər ki, bu addımlar Rusiya Federasiyasının növbəti altı ay ərzində "həlledici hərəkətlərini” dəstəkləməlidir.

1.Kreml əlavə canlı qüvvə formalaşdırmaq üçün həm qısamüddətli, həm də uzunmüddətli səylərini gücləndirir. Putin və Rusiya Müdafiə Nazirliyi yeni diviziyaların formalaşdırılması, Rusiyanın qərbində hərbi dairələrin bərpası (2010-cu ildən əvvəlki islahatlar səviyyəsinə qədər) və çağırış yaşının artırılması yolu ilə Rusiya silahlı qüvvələrini köklü şəkildə genişləndirmək planlarını açıqlayıb. Bütün bunlar Rusiyanın geniş miqyaslı konvensional müharibə aparmaq üçün orduda islahat aparmaq niyyətinə (bacarığı şübhə qoğursa belə) işarə edir. Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml ordunun sayını 2022-ci ilin sentyabrına olan məlumata görə təxminən 1,35 milyon nəfərdən 2 milyona (qeyri-müəyyən tarixə) çatdırmaq niyyətindədir. Qərb kəşfiyyatının nümayəndələri qeyd ediblər ki, Rusiya hərbi komandanlığı mümkün ikinci səfərbərlik dalğasına "ciddi şəkildə hazırlaşır”. Putin səfərbərlik imkanlarını genişləndirən - xüsusən də məhkumların səfərbər edilməsinə icazə verən sərəncamlar imzalayıb.

2.Rusiya ordusu artıq səfərbər edilmiş şəxsi heyətinin bir hissəsini gələcək istifadə üçün saxlayır, bu, 2022-ci ilin payızında təlimsiz qüvvələri birbaşa cəbhəyə göndərmək barədə Kremlin ilkin yanaşmasından nəzərəçarpacaq dəyişiklikdir. Dekabrın 7-də Putin bildirib ki, Rusiya ordusu səfərbərliyin birinci dalğasından formalaşmış qüvvəni tam şəkildə cəbhəyə cəlb etməyib. 2022-ci ilin yayında və payızında Ukraynanın bir sıra uğurlu əks-hücumlarından sonra nizami Rusiya qoşunları genişmiqyaslı hücum əməliyyatlarında iştirak etməyib (Vaqner ə DXR/LXR qoşunlarından fərqli olaraq), onlar əsasən müdafiə mövqelərini qoruyub saxlaqla məşğul olublar, - ISW ekspertləri xatırladır. Eyni zamanda, onlar əlavə edirlər ki, Rusiya ordusunun Belarus və Rusiyadakı bölmələrinin yenidən qruplaşdırılması və təlimi keçirilib.

3.Rusiya hərbi-sənaye kompleksini "diriltməyə” çalışır, bu səylər dekabr ayından xüsusilə nəzərə çarpır. Bu müddət ərzində Putin bir neçə yüksək səviyyəli görüşlər keçirib və ölkə daxilində müdafiə zavodlarına baş çəkib, tədarük problemlərini, o cümlədən kəşfiyyat pilotsuz uçuş aparatlarının çatışmazlığını açıq şəkildə etiraf edib və nazirlərindən birindən hökumətin müdafiə satınalmaları müqavilələrinin mümkün qədər tez verilməsini tələb edib. Putin və digər Kreml rəsmiləri də müharibəyə dəstək olaraq mülkiyyətin milliləşdirilməsinin mümkünlüyü ilə bağlı "qeyri-müəyyən müzakirələr” aparırlar.

4.Putin Rusiya Ordusunun Baş Qərargah rəisi, Ukraynadakı Rusiya qüvvələrinin komandanı Valeri Gerasimovu təyin etməklə, hərbi əməliyyatlar üzərində nəzarəti tənzimləməyə başlayıb. Kreml həmçinin müharibəni əvvəldən planlaşdıranları vəzifələrinə bərpa edir və gec də olsa komanda strukturundakı qüsurları düzəltməyə çalışır. Kreml çox güman ki, Gerasimov və onun yeni təyin olunmuş müavinlərinə Rusiyanı uzun sürən müharibəyə hazırlayacaq və onlar 2023-cü ildə böyük əməliyyatlara rəhbərlik edəcək.

5.Kreml müharibəyə dəstək üçün informasiya səylərini gücləndirib. Kreml 24 fevral ərəfəsində informasiya məkanında hökm sürən narrativləri yenidən aktivləşdirməklə işğala dəstəyi canlandırmağa çalışır. Bundan əlavə, Rusiya hakimiyyəti əvvəllər bu məkanı çoxsaylı "hərbi müxbirlərə” verdikdən sonra müharibənin işıqlandırılmasına nəzarəti bərpa etməyə çalışır. 2022-ci ilin sonunda Kreml rəsmiləri müstəqil Ukraynanın mövcudluğunun Rusiyanın suverenliyini və mədəniyyətini təhdid etdiyinə dair yalan təbliğat iddialarını təzələyiblər. Beləliklə, Rusiyanın işğalı və itkiləri qaçılmaz və zəruri "özünümüdafiə" tədbirləri kimi əsaslandırılır. Bundan əlavə, Kreml təbliğatçıları müharibədə qalib gəlmədiyi təqdirdə Rusiya üçün beynəlxalq hüquqi nəticələr barədə narrativləri gücləndiriblər ki, bu da cəmiyyətdə məğlubiyyət qorxusuna səbəb ola bilir və müharibəyə sadiqliyini artırır. Kreml həmçinin Putinə və Rusiya Müdafiə Nazirliyinin hesabatlarına güclü informasiya alternativinə çevrilmiş ən nüfuzlu müharibə tərəfdarı olan bloggerləri cəlb etmək və onları "əhliləşdirmək” səylərini gücləndirib.

Eyni zamanda, Kremlin 2023-cü ildə yeni böyük əməliyyatlara hazırlaşmaq üçün yuxarıda təsvir edilən səyləri Rusiyanın uzun sürən müharibə üçün zəmin hazırlaması faktı ilə ziddiyyət təşkil etmir. ISW belə əməliyyatların Rusiyanın Ukraynadakı müharibədə qalib gəlmək üçün "son təkan" kimi hazırlandığına inanmır (xüsusilə onun uzunmüddətli hərbi genişlənmə səylərinin bəziləri 2023-cü ildən sonraya təsadüf edir). İnstitutun analitikləri xəbərdarlıq edirlər ki, Rusiya Federasiyasının cari il üçün planlaşdıra biləcəyi aşağıdakı əməliyyatlardan birinin uğursuzluğu müharibənin avtomatik başa çatması demək deyil, məsələn, Moskvanın Kiyevi ələ keçirmək cəhdinin uğursuzluğu kimi.

Rusiya Federasiyasının 2023-cü ildə həyata keçirə biləcəyi hipotetik əməliyyatlar ("həlledici strateji hərəkətlər”) arasında ISW aşağıdakıları qeyd edir:

•Rusiyanın geniş miqyaslı hücumu böyük ehtimalla Luqansk bölgəsində olacaq. ISW ekspertləri qeyd edirlər ki, Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsi Kremlin rəsmi hərbi məqsədləri olaraq qalır və Rusiya Federasiyası üçün nəzəri cəhətdən əldə edilə bilən (çox çətin də olsa) məqsədlərdən biridir, o cümlədən logistika nöqteyi-nəzərindən. Eyni zamanda, ISW Rusiya qoşunlarının Ukraynanın cənubunda (Xerson və ya Zaporojye vilayətlərində), o cümlədən Dnepr çayının cəbhə xəttini bölməsi və manevr üçün ciddi maneə olması səbəbindən, hücuma başlaya biləcəyinə inanmır. Bundan əlavə, Xerson vilayətində Rusiya eşelon istehkamları və Zaporojyedə geniş minalama işləri Rusiya Federasiyasının bu bölgələrdə müdafiə əməliyyatlarına üstünlük verdiyini göstərir.

•Rusiya Federasiyasının genişmiqyaslı müdafiə əməliyyatı, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək və daha sonra hücuma keçmək üçün hazırlanıb. Ukraynanın mümkün əks-hücumuna dair bir çox xəbərlər fonunda Rusiya 2022-ci ilin sonunda cənub (Xerson) istiqamətindən Luqansk vilayətinə əhəmiyyətli qüvvələr köçürüb, Luqansk vilayətində, həmçinin Rusiya Federasiyasının Belqorod və Kursk vilayətlərində səhra istehkamları yaradıb. ISW bildirir ki, Rusiya Federasiyası Donbasda, xüsusən də Luqansk vilayətində, Xarkov vilayətində məğlubiyyət və ya Xersondan geri çəkilməyə bənzər növbəti mühüm məğlubiyyətdən qaçmağa çalışacaq. İnstitutun analitikləri hesab edirlər ki, Rusiya qüvvələri USQ-nin əks-hücumunu elə bir şəkildə dəf etməyə çalışa bilər ki, Ukraynanı təşəbbüsdən məhrum etsin və onun mexanikləşdirilmiş qüvvələrinin əhəmiyyətli hissəsini məhv etsin – bu, nəzəri cəhətdən Rusiya ordusuna öz əks-hücumunu inkişaf etdirməyə imkan verəcək.

•ISW ekspertlərinin fikrincə, Rusiyanın Ukraynanın şimalına hücumuna dair ən təhlükəli planı hazırda çətin ki, reallaşsın. Bununla belə, onlar hesab edirlər ki, Kreml planlaşdırma çevikliyini qorumağa çalışır və ehtimal ki, 2023-cü ilin sentyabrına planlaşdırılan Qərb-2023 və Birlik Qalxanı-2023 təlimlərinin bir hissəsi kimi oraya daha çox qoşun göndərməzdən əvvəl Belarusdakı hərbi mövcudluğunu genişləndirəcək. Hal-hazırda, ISW hələ də Belarusdakı Rusiya qüvvələrinin operativ zərbə qrupunu müşayiət etmək üçün lazım olan kifayət qədər komanda və nəzarət strukturları yaratdıqlarına dair heç bir sübut görmür. Ukraynadakı qoşunların komandanı vəzifəsində Valeri Gerasimovun üç yeni müavinindən biri olan Oleq Salyukovun Belarusa göndərilməsi ISW tərəfindən Rusiyanın informasiya əməliyyatının bir hissəsi kimi qəbul edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ISW bildirir ki, Rusiyanın indiyə kimi müharibəni nə qədər pis idarə etməsinə baxmayaraq, Kreml bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərini qoruyub saxlayır. Bununla belə, İnstitutun ekspertləri xatırladırlar ki, Kreml indiyədək öz işğalının səhvlərini və uğursuzluqlarını effektiv şəkildə düzəltməyə tələsmir, dəfələrlə qısamüddətli səmərəsiz həll yolları seçir (əməliyyat komandirlərinin dəfələrlə dəyişdirilməsi; gecikmiş real səfərbərlik əvəzinə gizli səfərbərlik cəhdləri; informasiya məkanını idarə edə bilməmək və s.). İndi Moskvanın yenidən hərbi uğursuzluqlara cavab verməyə çalışdığı görünür, bu, "Kremlə qısa müddətdə müharibənin gedişini düzəltməyə imkan verməyəcək (ümumiyyətlə, bu mümkündürsə), Rusiya hərbi kampaniyasının ilkin planlaşdırmada olan çatışmazlıqları və Rusiya Federasiyasının sonrakı itkilərini kompensasiya etmək çətin olacaq”, - ISW bildirir. 

 Nizami Bağırov

 

 

0.033334970474243