Azərbaycan xalqı Vaxtanq Kikabidzenin - Bubanın ölümünə niyə üzüldü?
Siracəddin Hacı:
- Buba gözəl səsi ilə milyonların qəlbini fəth etdi, ancaq o, sadəcə, gözəl sənətkar deyildi;
- O, sənəti ilə şəxsiyyətini birləşdirdi;
- Azad, ədalətli Gürcüstan ideyasını müdafiə etdi, bu idealın daşıyıcılarının sırasında yer tutdu;
- Rusiyanın Gürcüstanı işğalına qarşı çıxdı, gürcü xalqının azad yaşamaq haqqı var, o kimsənin köləsi deyildir dedi;
- Rusiyanın təqdim etdiyi medaldan işğala etiraz əlaməti olaraq imtina etdi;
- Azad Gürcüstanın qurucu lideri Saakaşvilini qorudu, onun həbsdən azad olunması üçün çalışdı;
- Gürcüstan Avropaya inteqrasiya olmalıdır deyirdi;
- Buba inanırdı ki, Gürcüstanın gələcəyi azadlıq və ədalətə bağlıdır;
- Azərbaycan xalqı ziyalı həsrəti çəkir, o, Bubanın ölümünə üzüntüsünü ifadə edərək deyir ki, mənim sənəti ilə şəxsiyyətini birləşdirmiş ziyalılara ehtiyacım var, ey ziyalılar, ağır yük altındayam, onu qaldırmağa gücüm çatmır, mənə yardım edərsənmi? Ey ziyalılar, xalqın haqqını qorusanız, sizə dəyər verəcəyəm, arxanızca gedəcəyəm, sevəcəyəm, sizin üçün Allaha dua edəcəyəm;
Paralel.az