"Karabakh Telecom"la bağlı hansı addımları ata bilər ?

 

Osman Gündüz:

Azərbaycan hökuməti qondarma "Artsax"ın yeganə mobil operatoru "Karabakh Telecom"la bağlı hansı addımları ata bilər ?
1. "Karabakh Telekom"un fəaliyyətini təmin edən, Ermənistandan gələn magistral rabitə və internet xətləri kimə məxsusdur, hansı şirkət bunu inşa edib və istismar edir ?
Məlum olan odur ki, Ermənistanın bütün telekommunikasiya infrastrukturu GNC-Alfa şirkətinə məxsusdur. Bu şirkət isə Rusiyanın Rostelekom şirkətlər qrupuna daxildir.
Deməli, güman etmək olar ki, bu magistral xətləri də məhz GNC-Alfa inşa edib və onun nəzarətindədir.
Magistral xətlər də hazırda etiraz aksiyaları keçirilən ərazidən keçməklə Xankəndinə daxil olur.
Bir neçə gün öncə Karabakh Telecom bu ərazidə baş verən nasazlığı Rusiya sülhməramlılarının köməyi ilə aradan qaldırıldığını bildirib.
2. "Karabakh Telecom" hansı vendorlarla işləyir ? Hansı beynəlxalq şirkətlər "Karabakh Telecom"u avadanlıq və proqramlarla təmin edir?
Aydındır ki, mobil operatorların fəaliyyəti üçün istifadə etdiyi texnologiyalar mühüm əhəmiyyət kəsb edir.
Xaricdən bu tip texnologiyalarla təminat olmadan bu operator fəaliyyətini qura bilməz.
Əgər "Karabakh Telecom"-u bu texnoligiyalarla təmin edən şirkətlər məlum olarsa daha ciddi tədbirlər görmək olardı.
"Karabah Telecom" rəhbərləri bütün müsahibələrində və açıqlamalarında bu məlumatları həmişə gizli saxlayıb.
3. "Karabakh Telecom" mobil şəbəkəni hansı beynəlxalq telefon kodları və tezlik üzərində qurub?
Bu operator uzun illərdi qeyri-qanuni olaraq beynəlxalq telekommunikasiya kodlarındandan, tezlik resurslarından istifadə edir. Bunlar Beynəlxalq Telekommunikasiya İttifaqından necə əldə olunub? Kim verib, Ermənistan lisenziyası olan bir şirkətə Azərbaycan ərazisində mobil infrastruktur qurmağa BTİ necə razılıq verib?
4. Müharibədən öncə "Karabakh Telecom" ancaq
2G - 3G texnologiya üzərində "oturmuşdu" . İndi baxıram ki 4G xidməti təklif etməyə başlayıb.Çox təəcüblənirəm. Bu necə ola bilər?
Ciddi investisiya, avadanlıq və proqram həlləri, infrastruktur tələb edən, xarici şirkətlərin birbaşa iştirakını tələb edən bu prosesləri kim maliyyələşdirir, hansı beynəlxalq şirkətlər bu işləri görür?
Düşünürəm ki , bütün bu sadaladıqlarım hökuməti ciddi narahat etməlidir.
20 il qanunsuz fəaliyyət göstərən bu şirkətə sakitcə, özünü daha da modernləşdirməklə fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz.
Bir daha vurğulamaq istərdim ki , "Artsax"-da yaşayan və Azərbaycan qanunlarına tabe olanlar üçün özümüz internet və rabitə imkanları yaratmalıyıq və dərhal da Ermənistandan gələn magistral xətlər kəsilməlidir. Və bütün baza stansiyalarının fəaliyyəti də radioelektron vasitələrlə söndürülməlidir.
Hazırda qondarma "Artsax"ın bütün informasiya seli "Karabakh Telecom" üzərindən ötürülür.
Bu trafik isə Azərbaycan hökumətinin nəzarətindən kənardadır.
Ümid edirəm hökumət, təhlükəsizlik qurumlarımız, RİNN baş verənlərin fərqindədir.

Paralel.az

0.06578803062439