“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir
Növbəti həftə (16-17.01.2023 və 19.01.2023 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
"Paralel.az" xəbər verir ki, aksiya həftənin:
1-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Mədəniyyət Mərkəzi),
2-ci günü saat 13:00-dan 14:00-dək Astara rayonunda (Mədəniyyət Mərkəzi),
4-cü günü saat 11:00-dan 12:00-dək Cəlilabad rayonunda (Heydər Əliyev Yaradıcılıq Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.