"Təhsilsiz, işsiz, inkişaf mühiti olmayan gənclər cinayət törədir" - Ekspert
Rövşən Ağayev yazır
Yevlaxda peşəkar həkimin tamah məqsədilə vəhşicəsinə qətli dəhşətli hadisədir.
Amma hadisənin özü qədər də dəhşətli və faciəvi olan qətldə şübhəli bilinənərək həbsə alınanlardan 2 nəfərinin 18 və 19 yaşda gənclər olmasıdır. Əslində elə 3-cü də gəncdir - 30 yaşında.
18-19 yaşlı uşaqlar çox qısa ömürlərində bunca vəhşi qatilə çevrilməyə hansı mühitdə belə macal tapdılar?
Cəmiyyət belə hadisələrdən kütləvi naratlıq keçirməli, o uşaqların böyüdüyü mühitin təhlili aparılmalı, belə yetişmələrinə səbəb olan sosial, maddi, ictimai amilləri peşəkar mütəxəssislə analiz etməlidirlər.
Gəncliyi bu qədər acımasız qara işlərə bulaşan toplumun gələcəyi çox qaranlıqdır.
Təhsilsizlik, işsizlik, inkişaf üçün mühitin olmadığı, sosial liftin işləmədiyi cəmiyyətdə yeniyetmələr və gənclər doğru inkişaf reseptlərilə həyatlarını qura bilmirlər.
Hara qaçsalar özlərini ümidsizliklə dolu vakkumda tapırlar...